Gözəl və gənc qalmağın qaydaları
Bizi izləyin

Gözəllik

Gözəl və gənc qalmağın qaydaları

Hər bir xanım daha gözəl olmaq üçün nələrə əl atmır ki? Nəticə isə həmişə uğurlu alınmır. Bunun səbəbi isə xanımların kifayət qədər məlumatlı olmamasıdır. Publika.az gözəlliyinizə daha çox gözəllik qatmaq üçün bir neçə faydalı məlumatı təqdim edir:

Dəridəki quruyan ölü təbəqələri təmizləmək üçün qadınlar müxtəlif kosmetik məhsullardan istifadə edirlər. Lakin unudurlar ki, kosmetik məhsullar dərini zədələyə bilər. Odur ki, dərinin dəyişməsi təbii şəkildə baş verməlidir. Ancaq ölü dəri hüceyrələrini təbii bitki yağlarından hazırlanan maskalarla da təmizləyə bilərsiniz.

Alt göz qapaqlarına layner çəkməyin! Bu qayda, gözləri kiçik və ya qıyıqgöz olanlara şamil edilir. Orta və böyük göz quruluşuna sahib olan hər kəs gözün alt və üst hissəsinə layner çəkə bilər. Bu baxışları daha mənalı göstərir.

Bəzi mütəxəssislər 40 yaşdan sonra parlaq göz kölgələri çəkməyi tövsiyə etmir. Lakin bu doğru fikir deyil. Parıltılı kölgələr, sadəcə gənclər üçün nəzərdə tutulmayıb. Çünki istənilən quruluşda olan gözü daha cəzbedici göstərir, qırışları örtür.

Üzdəki izləri və qüsurları yox etmək üçün hər tərəfini tonal kremlə örtmək lazım deyil. Tonal kremi yalnız, qüsurlu olduğunu düşündüyünüz hissəyə dairəvi hərəkətlərlə çəkin. Üzün digər hissələrində heç bir problem yoxdursa, kremsiz və təbii qala bilər.

Dırnaqların ətrafındakı dərini kəsmək hər kəs üçün keçərli məsləhət deyil. Həmin dəri dırnaqları zərərli bakteriyalardan qoruyur. Çox kəssəniz, infeksiya yarana bilər. Artıq ətlər kənara çıxıbsa və mane olursa, o hissələri nazik şəkildə kəsə bilərsiniz.

Dəri günəşin mənfi şüalarına məruz qaldıqda yaşlanma prosesi sürətləndirir. Ultrabənövşəyi şüalar dərini qurudub, yağ ifrazını azaldır. Bunun qarşısını almaq üçün SPF tərkibli qoruyucu kremlərdən istifadə edin.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm