Cazibədar model 30 kilo arıqlamasının sirrini açıqladı - FOTOLAR
Bizi izləyin

Gözəllik

Cazibədar model 30 kilo arıqlamasının sirrini açıqladı - FOTOLAR

Türkiyənin ən cazibədar modellərindən biri olan Tülin Şahin öz təcrübələrinə əsaslanaraq ideal çəkidə qalmaq istəyənlər üçün kitab yazıb.

35 yaşlı model “Hər zaman fit” adlı kitabında hər il kökəlib arıqlamaq əvəzinə, daim eyni çəkidə qalmaq istəyənlərə önəmli məsləhətlər verib.

Tülin yeni kitabında modellərin gözəllik və idman vərdişlərindən bəhs edib. Gözəl modelin aşağıdakı məsləhətlərinə əməl edərək qısa zamanda ideal çəkiyə qovuşa və ya olduğunuz çəkini ömür boyu qoruyub saxlaya bilərsiniz.

Xatırladaq ki, vaxtilə model 30 kilo artıq çəkidən bu qidalanma vərdişləri sayəsində azad olub.

1.Detoks içkiləri kökəldə bilər

Ev şəraitində hazırlanan meyvə və tərəvəz şirələri ilə detoks etmək çox dəbdədir. Təbii ki, bu, faydalı ola bilər. Ancaq gündə 3 dəfə belə içkilər içsəniz, maddələr mübadilənizin sürəti azalacaq. Bu da bir müddət sonra kökələcəksiniz.

2.Snob pəhrizi

Son vaxtların ən populyar pəhrizi olan Snob pəhrizi hər qidadan yeməyə imkan verir. Ancaq qidaların ən yaxşısını, təzəsini və keyfiyyətlisini yeməlisiniz. Keyfiyyətli qidalar 5 duyğu orqanına xitab etdiyi üçün orqanizmi tam təmin edir və kökəlmək riskini azaldır.

3.Günorta salat yeməyin

Məndən soruşurlar ki, “İdeal çəkini necə qoruyursan?” Cavabım belə olur: “Günorta salat yemirəm”. Səhər yeməyini kral kimi, günorta yeməyini şahzadə kimi, axşam yeməyini isə kasıb kimi qidalanmalısınız. Günorta saatlarında vücudun enerjiyə ehtiyacı olur, nə yeməyinizdən asılı olmayaraq, bütün kaloriləri axşama kimi xərcləyəcəksiniz. Ancaq salat yesəniz, 2 saat sonra acacaqsınız.

4.Sehirli rəqəm: 21

Bir çox insan pəhrizə bazar ertəsi başlayır, həftəsonu isə pozur. Bədən hər dəyişikliyə 21 gündə uyğunlaşır. Ona görə də sağlam həyat tərzinə keçmisinizsə, 21 gün səbir edin. 21 gündən sonra bədəniniz sizdən zərərli qidalar tələb etməyəcək.

5.Qamburger, mantı kökəltmir

Bəzi yeməklərin kökəltdiyi deyilsə də, əslində olduqca məsumdurlar. İdeal çəkidə qalmaq istəyənlər də pizza, qamburger və mantı yeyə bilərlər. 1 ədəd qamburger kökəltməz. Təbii ki, ona vurulan sousun miqdarına da fikir vermək lazımdır. Yanında qızarmış kartof əvəzinə, sobada bişmiş kartof yemək olar. Pizzanın xəmiri incə, içliyi isə az yağlı olmalıdır. Mantının da xəmiri nazik olmalıdır.

6.Modellər hansı balıqdan yeyirlər?

Balıq faydalıdır. Ancaq ideal çəkidə qalmaq istəyənlər hər balığı yeməməlidirlər. Bütün modellər alabalıq və ya ton balığı yeyirlər. Bu balıqlar doymuş yağlarla zəngindirlər.

7.Su deyil, buz

Mütəxəssislər deyirlər ki, gündə 2 litr su için. Ancaq modellər adi su içmirlər, mütləq suyun içərisinə buz atırlar. Hətta bəzi modellər su içmək əvəzinə buz yeyirlər. Çünki bədən buzu isitmək üçün kalori xərcləməli olur.

8.Alma testi

Tutaq ki, işdəsiniz və özünüzü ac hiss edirsiniz. Belə məqamda alma ilə özünüzü test edin. Almanı bir dəfə dişlədikdən sonra yemək istəyirsinizsə, deməli həqiqətən acsınız. Ancaq almanı yeyə bilməsəniz, bilin ki, ac deyilsiniz. Sadəcə stresslisiniz. Çölə çıxıb 10 dəqiqə gəzin. Aclığınız keçib gedəcək.

9.Seriala baxarkən arıqlayın.

Axşam evə gəldikdən sonra ilk işiniz sevdiyiniz seriala baxmaqdır? Əgər serial üçün vaxt ayırıb, “idmana vaxtım yoxdur”, deyənlərdənsinizsə, başqa bir varianta əl atın. Yerə təmiz kiçik xalça sərin və üzərində idman etməyə başlayın. Sizi qollarınızdakı, ayaqlarınızdakı artıq yağlardan xilas edə biləcək hərəkətlər edin. Hər hərəkəti 10 dəfə təkrarlayın. Beləliklə, həm serialı izləyəcək, həm də idmanınızı edəcəksiniz.

10. Hər qidanı 22 dəfə çeynəyin

Qidaları nə qədər çox çeynəsəniz, o qədər tez doyacaqsınız. Ona görə də, yeməyi tez-tələsik yeməyin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm