Saç tipinə uyğun qulluq üsulları
Bizi izləyin

Gözəllik

Saç tipinə uyğun qulluq üsulları

Hər saç tipinin problemləri özünəməxsus olur. Ona görə də saça qulluq etməzdən öncə saç tipini müəyyənləşdirmək lazımdır. Bundan sonra məhz saç tipinizə uyğun şampun, balzam və digər məhsullardan istifadə etməlisiniz.

Publika.az hər saç tipinə uyğun qulluq qaydalarını təqdim edir:

Saç dərisinin yağlılıq dərəcəsinə əsasən saçlar 3 tipə bölünür: normal, quru və yağlı saçlar.

Normal saçlar:

Saç dəriniz yağlı və quru deyilsə, saç dərisində yağ və su balansı qorunursa, deməli, siz normal saç tipinə sahibsiniz. Normal saçlar çox sağlam və güclü görünür. Belə saçlar sadəcə yaxşı qulluğun deyil, həm də yaxşı qidalanmağın nəticəsində mümkün olur. Normal saçların baxımı asandır, sadəcə onun parlaqlığını qorumaq lazımdır. Saç ucları daha tez zədələndiyi üçün saçlarınızı yuyub qurutduqdan sonra uclarına arqan yağı çəkin.

Quru saçlar:

Baş dərisindəki yağ vəzləri kifayət qədər yağ istehsal edə bilmədikdə dəri quruyur. Quru saçlar tez zədələnir, asanlıqla qırılır, elektriklənir, haçalanır. Quru saçlara sahib olanlar saçı yuduqdan sonra mütləq balzam çəkməlidirlər. Həftədə iki dəfə saç dərisini qidalandıran maskalar çəksələr çox yaxşı olar. Saçınızı fenlə qurutmamağa çalışın, saça forma verərkən çox zərər görməməsi üçün xüsusi spreylərdən istifadə edin.

Yağlı saçlar:

Yağlı saçların baxımı çətindir. Çünki bir gündən bir yuyulanda saçlar yağlı və çirkli görünür. Hər gün yuduqda isə saç zədələnir. Belə saçlara sahib olanlar saçlarını təbii şəkildə qurutmalıdırlar. Saç fenindən istifadə etdikdə onun istilik dərəcəsinin çox olmamasına diqqət edilməlidir.

Saç diblərini yağdan və çirkdən təmizləyən, tərkibində dəniz duzu olan xüsusi şampunlardan istifadə etmək lazımdır. Qidalandırıcı şampunlardan uzaq durmaq, onun əvəzinə saçı nəmləndirən və saç dərisinin yağlılığını tənzimləyən maskalardan istifadə edilməlidir. Yağlı saça yağla qulluq etmək yolverilməzdir. Odur ki, zeytun yağı və ya gənəgərçək yağı kimi saçı gözəlləşdirdiyi deyilən məhsullardan uzaq durun.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm