Üzünüzdən makiyajı kefirlə təmizləyin
Bizi izləyin

Gözəllik

Üzünüzdən makiyajı kefirlə təmizləyin

Türkiyənin məşhur kosmetoloqlarından olan Suna Dumankaya təbii gözəllik sirrlərini paylaşıb.

O, daha gözəl və sağlam dəri üçün üzdən makiyajı təmizləməyin alternativ üsulunu tövsiyə edib.

Hazırda satışda demək olar ki, bütün brendlərin makiyaj təmizləyici vasitələri var. Ancaq dərinin saf və təmiz olması üçün ev şəraitində hazırlanan makiyaj təmizləyici vasitədən istifadə etmək məsləhətdir.

Suna Dumankaya makiyajı kefirlə təmizləməyi məsləhət görür. Onun təqdim etdiyi kefirli qarışıq dərini həm təmizləyir, həm də qidalandırır.

Yarım stəkan üyüdülmüş bulqur və ya düyü ilə 2 xörək qaşığı sodanı qarışdırın. Bu qarışığı şüşə bir qabın içərisində saxlayın. Makiyajınızı təmizləmək istəyəndə 1 xörək qaşığı götürüb 1 qəhvə fincanı kefirin içərisinə töküb qarışdırın. Bunu üzünüzə çəkib 5 dəqiqə gözlədikdən sonra ovalayaraq təmizləyin. Daha sonra üzünüzü yuyub qurulayın, dərhal nəmləndirici krem çəkin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm