Oğlan saç stili dəbdədir - FOTOLAR
Bizi izləyin

Gözəllik

Oğlan saç stili dəbdədir - FOTOLAR

Uzun saçlar qadını cazibədar göstərən ən önəmli detaldır. Lakin uzun saçın dərdi də uzun olur. Belə ki, xərci çox, baxımı isə çətindir. Qulluq lap çox vaxt tələb edir. Mütəxəssislər hesab edirlər ki, uzun saçlar gözəl olsa da, radikal dəyişiklik üçün qısa saçdan gözəl heç nə ola bilməz. Hətta geyim üslubunun dəyişdirilməsi saçın qısaldılması qədər effekt vermir. Üstəlik, qısa saçın rahatlığını heç nə əvəz edə bilməz. Həm qulluq tələb etmir, həm yumaq asandır, həm də forma vermək üçün güzgü qarşısında saatlarla dayanmırsan.

Qısa saçlar ən çox yayda dəbə minir. Bu mövsüm də istisna deyil. Publika.az ən aktual qısa saç modellərinə aid bir neçə nümunə seçib. Fotolardan siz də üzünüzə çox yaraşan bir qısa saç modeli seçə bilərsiniz.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm