• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tərləməyin qarşısını alan ən yaxşı antiperspirantlar - FOTOLAR

Tərləməyin qarşısını alan ən yaxşı antiperspirantlar - FOTOLAR

Yay mövsümündə ən çox üzləşdiyimiz problem tərləməkdir. Qoltuqaltının tərləməsinin və tərin səbəb olduğu pis qoxunun qarşısını antiperspirantlarla almaq olar. Ancaq hər antiperspirant eyni effekti vermir. Siz tərləməyin qarşısını alan bu vasitələrə güvənərək yola çıxa və sonra xəyal qırıqlığına uğraya bilərsiniz. Zərifliyinizə və gözəlliyinizə kölgə düşməsini istəmirsinizsə, Publika.az-ın bu yazısını mütləq oxuyun! Çünki sizin üçün dünyanın ən yaxşı antiperspirantlarını araşdırmışıq:

Öncədən qeyd edək ki, dünyanın ən yaxşı dermatoloqlarının sınağından keçmiş bu məhsullar tərin və qoxunun qarşısını alan digər vasitələrdən fərqlənirlər. Çünki bunlar sağlamlığa zərər vermir. Tərkiblərində zərərli kimyəvi maddələr yoxdur.

“Nuxe”, “Nuxuriance Tonific Deodorant Roll-On”

Spirt və alüminium ehtiva etmir. Paltara ləkə salmır. Allergiyaya meyilli, həssas dərililər üçün də uyğundur. Tərkibində “Paraben” və “fenoksietanol” kimi zərərli maddələr yoxdur. Çox xoş qoxusu var.

“Darphin”, “Comfort Softness Roll-On”

Gün boyu tərin səbəb olduğu pis qoxunu aradan qaldırır. İpək kimi zərif teksturası var. Tərkibində spirt olmadığı üçün dərini qurutmur, həssas dəriyə sahib olanlar da rahatlıqla istifadə edə bilərlər.

“Vichy”, “Stress Resist Deo Roll-On”

Həddən artıq stressli vəziyyətlə üzləşsəniz, 40 dərəcə istidə piyada yeriməli olsanız belə bu antiperspirant düz 72 saat sizi tərdən müdafiə edəcək. Onun sirri dərinin hava almasına şərait yaratmasıdır. Tərkibində təri və nəmi əmən güclü minerallar ehtiva edir.

Tərkibində spirt və paraben yoxdur.

“Loccitane”, “Aromachologie Purifying Deodorant”

Tərkibi uçucu yağlarla zəngin olan bu məhsul sizi uzun müddət müdafiə edəcək. Dəriyə təravət bəxş edən antiperspirant xüsusilə, yay mövsümü üçün uyğundur.

“Clarins”, “Roll-on Deodorant Multi-Soin”

Bu antiperspirantın tərkibində bakteriyaları məhv edən xüsusi təbii maddə var. Ona görə də, tər qoxusunu tamamilə aradan qaldırır.

“Lancome”, “Bocage Deo Bille”

Tərkibində spirt yoxdur. Tər qoxusundan güclü müdafiə edir. Həssas dəri, hətta epilyasiyadan sonra qızarmış dəri üçün belə problem yaratmır. Rahatlıqla istifadə etmək olar.

“Clinique”, “Anti-Perspirant Deo Roll-On”

Dermatoloji testlərdən keçən bu məhsulda spirt yoxdur. Tərdən 100 faiz müdafiə edir.

“Juvena”, “Body Daily Performance Cream Deodorant”

Qoxusuzdur, ona görə də, antiperspirantlaırn qoxusunu xoşlamayanlar üçün uyğundur. Dəri tərəfindən dərhal əmilir, paltara ləkə salmır.

“Bioderma”, “Sensibio Deo Antiperspirant Roll-On”

24 saat təsirlidir. Tərkibində spirt və alüminium yoxdur. Adətən, apteklərdə satılır.

“Florame”, “Mist Deodorant”

Təbii yağlarla zənginləşdirilib. Tərləməyin qarşısını almır. Çünki şirkət tərdən müdafiə edən məhsulların hamısının tərkibində kimyəvi maddələr olduğunu iddia edir. Ona görə də öz məhsullarına belə maddələr vurmayıblar. Bu məhsul sadəcə tər qoxusunun qarşısını alır. Lavanda qoxusu ilə insanı valeh edir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR