Qüsursuz dəriyə qovuşmaq üçün 6 təbii üsul
Bizi izləyin

Gözəllik

Qüsursuz dəriyə qovuşmaq üçün 6 təbii üsul

Qüsursuz və sağlam dəri üçün mətbəxinizdəki məhsullardan istifadə edə bilərsiniz.

Türkiyənin tanınmış kosmetoloqu Tarkan Güveloğlu ev şəraitində hazırlayabiləcəyiniz bir neçə təbii gözəllik maskası resepti açıqlayıb.

Publika.az asan hazırlanan effektli maskaları sizə təqdim edir:

Dərini yeniləyən banan maskası

1 ədəd bananı əzib püre halına salın. Üzərinə 2 xörək qaşığı qatıq əlavə edib qarışdırın. Bu maskanı üz və boyun bölgəsinə çəkin. 10 dəqiqə sonra ilıq su ilə yuyun. Bu proseduranı hər səhər təkrarlayın. Dəriniz qısa zamanda inanılmaz dərəcədə yumşaq olacaq.

Ləkələri yox edən cəfəri suyu

Cəfərini qaynadın və ya bir miqdar cəfərini qaynar suda 10 dəqiqə saxlayaraq dəmləyin. Əldə etdiyiniz su ilə üzünüzü gündə 2-3 dəfə silin. Bu losyon ləkələrin azalmasına, dərinin rənginin açılmasına kömək edəcək.

Böyürtkənli nəmləndirici maska

Yarım stəkan böyürtkəni əzib üzərinə 4-5 damcı şirin badam yağı və ərik yağı damızdırın. Bu qarışığı üzünüzə çəkib 20 dəqiqə sonra təmizləyin. Bunu həftədə 3 dəfə edə bilərsiniz.

Quru dəriyə sahib olanlar üçün ən ideal maskadır.

Kəklikotu möcüzəsi

Kəklikotunu qaynar suya tökərək 10 dəqiqə dəmləyin. Əldə etdiyiniz suyu bir şüşəyə doldurub soyuducuda saxlayın. Hər gün üzünüzü 2-3 dəfə bu losyonla silin. Kəklikotu dərini çirklərdən, makiyaj və ya çirkli hava sayəsində dəriyə hopan kimyəvi maddələrdən təmizləyir. Bakteriyaları yox etdiyi üçün sızanaqların qarşısını alır.

Gülab

Hazır şəkildə satılan və ya evdə özünüzün çəkdiyi gülabdan istifadə edə bilərsiniz. Gülab dərini təmizləyir və sakitləşdirir. İncə qırışları açır, göz altı torbaların və dəri qızartılarının qarşısını alır. Hər gecə üzünüzü gülabla silsəniz, 1 ay sonra qüsursuz bir dəriyə qovuşacaqsınız.

Epilyasiya zamanı limon

Epilyasiya aparatı vasitəsilə (və ya dərini kökündən dartıb çıxaran digər üsullarla) tükləri tamamilə təmizlədikdən sonra həmin bölgəyə limon şirəsi çəkin. Limonun tərkibindəki turşular tük köklərinə təsir edir və tüklərin seyrəlməsinə səbəb olur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm