• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yay üçün ən uyğun 10 nəmləndirici krem – FOTOLAR

Yay üçün ən uyğun 10 nəmləndirici krem – FOTOLAR

Yay aylarında üzü nəmləndirmək çox önəmlidir. Əks halda, bütün il boyu dəri problemləri ilə üzləşə bilərsiniz.

Ancaq bu mövsümdə hər nəmləndirici kremdən istifadə etmək olmur. Çünki dəri tipinizə uyğun olan bir məhsul seçsəniz belə, isti havanın təsiri ilə üzünüzdə yağlanma və ya qara nöqtələr müşahidə edə bilərsiniz. Ona görə də, yay aylarında zərif teksturası olan kremlərdən istifadə etmək məsləhət görülür.

Publika.az yay üçün ən uyğun 10 nəmləndirici kremi toplayıb:

“Biotherm”, “Aquasourse”

Dərini nəmləndirir və qidalandırır. Ətraf mühitin təsirindən qoruyur. Dəriyə dərhal əmilir. Tərkibində yosunlar var.

“L’OCCITANE”, “Hydra Vital Gel”

Dərini nəmləndirir, yeniləyir və sakitləşdirir. Dəriyə təravət verir. Tərkibi təbii maddələrlə zəngindir. Çox gözəl qoxusu var.

“Chanel”, “Hydra Beauty”

Quru və normal dəri üçün uyğundur. Dəri hüceyrələrini yeniləyir və gün boyu nəmlə təmin edir. Çiçək qoxusu kremi yay üçün ideal seçimə çevirir.

“Clarins”, “50 UV Plus Ecran”

Krem SPF 50 faktorludur. Dərini ətraf mühitin mənfi təsirindən qoruyur. Tərkibində fransız üzümü və qovun var. Ona görə də, olduqca təbiidir. Xoş qoxusu var.

“Weleda”, “Mandel”

Quru və həssas dəri üçün uyğundur. Dəri tərəfindən dərhal əmilir. Gün boyu dərinin nəm balansını qoruyur. Tərkibində kimyəvi maddələr yoxdur.

“Guerlain”, “Orchidee Imperiale”

Bu krem dərini nəmləndirməklə kifayətlənmir, həmçinin, yeni yaranan qırışları açır. Məsamələri daraldıb, dərini qüsursuzlaşdırır. Əsasən, qarışıq dəri tipinə sahib olanlara tövsiyə edilir.

“Dior”, “Hydra Life Close Up”

Dərini nəmləndirir, məsamələri daraldır.

“Diademine”

Həssas dəri üçün uyğundur. Ətir, paraben və silikon ehtiva etmir. Dərini nəmləndirir, qızartını aradan qaldırır.

Xüsusilə gənc dəriyə inanılmaz fayda verir.

“Rouge Bunny Rouge”, “Aqua Primer”

Dəri hüceyrələrini yeniləyir. Günəbaxan tumu yağı ehtiva edir. Tərkibindəki güclü antioksidantlar sayəsində dərinin yaşlanmasının qarşısını alır.

“Lancome”, “Advanced Génifique”

Dərini nəmləndirir, bakteriyalardan mühafizə edir. Bütün dəri növləri üçün uyğundur.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR