Saçlara xüsusi yay qulluğu
Bizi izləyin

Gözəllik

Saçlara xüsusi yay qulluğu

Yay mövsümündən sonra çoxları saç tökülməsi problemi ilə üzləşir. Ona görə də, yay aylarında saçlara xüsusi qulluq etmək lazımdır. Türkiyəli həkim Bülent Cihantimur yay aylarında saçlara necə qulluq etməli olduğumuzu açıqlayıb.

Publika.az həkimin tövsiyələrini təqdim edir:

Saçlarınızı nəmləndirin

Dərimizin nəmə ehtiyacı olduğu kimi, saçlar da nəmlə təmin olunmalıdır. Saçlar xüsusilə, yay mövsümündə nəmə çox ehtiyac duyurlar. Ona görə də, saç balzamından istifadə etmək lazımdır. Balzamı yalnız saçların uclarına çəkmək və 2 dəqiqə sonra yumaq lazımdır.

Saçları yormayın

Həkim bildirir ki, saçları yormaq olmaz. Saçları hər gün yusanız belə hər dəfə şampundan istifadə etməyin. Mümkündürsə, bədəninizi hər gün yusanız belə, saçları 2 gündən bir yuyun.

Saçların hava almasına imkan verin

Uzun saçlar həmişə dəbdədir. Ancaq yay aylarında uzun saçları açıq saxladıqda tərləyirik. Toppuz yığdıqda isə saça hava keçmir, saç dibinə oksigen getmir. Ona görə də saçlar tökülməyə başlayır.

Saçlara uçucu yağ çəkin

Uçucu yağlar saçları qidalandırır. Avokado və zeytun yağları saçları qidalandırıb saç tökülməsinin və qırıqların qarşısını alır.

Saçları fenlə qurutmayın

İsti havada onsuz da saç tez quruyur. Ona görə hava fenindən imtina edin.

Qırıq saç uclarını kəsdirin

Saçlarınızın ucunda qırıqlar yaranıbsa, mütləq kəsdirin. Belə saçı saxlamağın mənası yoxdur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm