Daban çatlarından xilas olmağın asan üsulu
Bizi izləyin

Gözəllik

Daban çatlarından xilas olmağın asan üsulu

Yay aylarında açıq ayaqqabılar geyinirik. Ona görə də, qışda çəkmələrin içərisində gizlətdiyimiz çatlamış dabanlarımızdan utanmağa başlayırıq.

Ancaq təbii üsullarla qısa zamanda daban çatlarından xilas ola bilərsiniz.

Türkiyəli şəfalı bitkilər mütəxəssisi Tarkan Güveloğlu dabandakı çatları qısa zamanda sağaldan üsullardan danışıb.

Publika.az həmin məlumatları sizə təqdim edir:

Əvvəla, çatlardan xilas olmaq üçün ilk növbədə sağlam qidalanmaq lazımdır. Çünki vitamin və mineralların (E vitamini, kalsium, dəmir, sink, omeqa 3 yağ turşuları) çatışmazlığı dabanda çata səbəb ola bilər.

Düzgün qidalanmaqla yanaşı ayaqlara xüsusi qulluq etmək də önəmlidir.

Ayağınızı badam yağı ilə masaj edin. Daha sonra dəniz duzu ilə dabanlarınızı ovun. Əgər daban dəriniz olduqca sərtdirsə, daban daşından da istifadə edə bilərsiniz. Daha sonra ayaqlarınızı ilıq suyla yuyub qurulayın. Tərkibində hindqozu yağı olan ayaq kremi çəkin. Vazelin də çəkə bilərsiniz. Həftədə iki dəfə bu prosesi təkrarlayın.

Dabandakı sərtləşmiş dəridən xilas olmaq üçün bir ləyənin içərisinə ilıq su və bir az alma sirkəsi töküb ayaqlarınızı bu suyun içərisində 15 dəqiqə saxlayın.

1 çay qaşığı vazelini bir qaba tökün üzərinə 1 çay qaşığı hindqozu yağı və 1 çay qaşığı qliserin əlavə edin. Əldə etdiyiniz qarışımla ayaqlarınızı masaj edin. Yarım saat gözlədikdən sonra ilıq su ilə təmizləyin. Həftədə bir dəfə tətbiq edin.

5 ədəd çiyələyi əzin və içərisinə 1 şorba qaşığı dəniz duzu töküb qarışdırın. Bir az da zeytun yağı əlavə edin. Bu qarışımla dabanlarınızı ovun. 10-15 dəqiqə gözlədikdən sonra soyuq su ilə təmizləyin.

Kələm yarpaqlarını suda bişirin və ayağınızı bu yarpaqla sarıyın. Pambıq corab geyinin. Yarım saat uzanın. Daha sonra ayaqlarınızı yuyub vazelin çəkin.

Bananı əzib ayaqlarınıza çəkin. 20 dəqiqə gözləyib daha sonra ilıq su ilə təmizləyin.

Unutmayın ki, ayaqlarınızın baxımlı görünməsi cazibədarlığınızı artıracaq. Həm də, sağlamlığınıza zərər gəlməməsi üçün ayaqlara qulluq etmək çox önəmlidir. Bütün bunları nəzərə alaraq ayaqlarınıza daim qulluq edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm