• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qaşları qalınlaşdıran təbii üsullar

Qaşları qalınlaşdıran təbii üsullar

Qalın və gur qaşlar üzü və gözləri daha təsirli göstərir. Nazik qaşlar təbii görünmədiyi üçün dəbdə deyil. Lakin xanımların bir çoxu qaşlarını nazik aldırdığı üçün bu dəblə ayaqlaşa bilmirlər. Bir çoxları qaşları qalınlaşdırmaq üçün döymə, permanent kimi üsullara əl atırlar. Əlbəttə ki, qaşları qalınlaşdırmağın təbii yolları da mövcuddur. Bunun üçün gözəllik salonuna gedib pul xərcləməyinizə ehtiyac yoxdur. Qaşları gurlaşdırmaq üçün təbii vasitələrdən istifadə edə bilərsiniz. Təbii maskalar sayəsində qaşlarınızın tükləri yenidən canlanacaq, dolayısı ilə istədiyiniz nəticəni əldə edəcəksiniz.

Qaşları makiyaj hiylələri ilə doldursaq da, süni görünür, həmçinin bir neçə saatdan sonra bəzi yerləri silinir və daha pis görünməyə başlayır. Ən gözəl qaşlar təbii şəkildə gur və dolğun olan qaşlardır. Qaşlarınızı təbii yolla evdə qalınlaşdırmaq üçün bu yağlar ilə qulluq edin. Bu üsullar həm də qaşların tökülməsinin qarşısını alır və möhkəmləndirir.

Vazelin ilə qaş baxımı: Qaşlarınızın 1- 2 ay ərzində təbii şəkildə qalınlşamasını istəyirsinizsə, hər gecə yatmazdan əvvəl qaşlarınıza vazelin çəkin. Bu prosesi həmçinin gün ərzində bir neçə dəfə daha tətbiq etməlisiniz. Vazelin qaşları qidalandırıb gücləndirəcək və daha çox tük çıxmasına səbəb olacaq.

Hindqozu yağı ilə qaş baxımı: Hindqozu yağının qaş kökləri üzərində qidalandırıcı və möhkəmləndirici təsiri var. Hindqozu yağını gündə bir dəfə qaşlara sürtün və 30 dəqiqə gözləyin.

Aloye suyu ilə qaş baxımı: Dəri baxımında olduqca yaxşı nəticələr verənə aloye vera qaşlara da çox yaxşı təsir edir. Aloey suyunu gün ərzində bir dəfə qaşlara çəkmək kifayət edir. Mütəmadi olaraq tətbiq edildiyi halda qaşların gurlaşmasının siz də şahid ola bilərsiniz.

Soğan suyu ilə qaş baxımı: Quru soğanın bir çox xəstəliklər üzərində müsbət təsirlərini eşitmişdik, küsən qıl kökləri üzərində də soğanın canlandırıcı təsiri olduğu deyilir. Sulu bir soğanı qaşların seyrələn hissələrinə masaj edərək çəkin. Bunu axşamları evdə etməyiniz məqsədəuyğundur. Çünki soğan suyunu qaşlara çəkəndən sonra bir neçə saat saxlamaq lazımdır.

Qeyd: Üzümüzdəki makiyajı hər gün yuduğumuz kimi qaşlara çəkilən qaş qələmini də hər gün yatmazdan əvvəl silmək lazımdır. Çünki qaş qələmi qaşların tökülməsinə səbəb olur.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR