Günəş şüalarından qoruyucu kremi özünüz hazırlayın
Bizi izləyin

Gözəllik

Günəş şüalarından qoruyucu kremi özünüz hazırlayın

Mağazalarda satılan ən bahalı kremlərin belə tərkibinə kimyəvi maddələrin qatılması heç kimə sirr deyil. Günəş şüalarından qorunmaq kremlərdən istifadə etmək mütləqdir, lakin kimyəvi tərkiblərin çox olduğu məhsullardan mümkün qədər uzaq durmaq lazımdır. Tərkibində kimyəvi maddə az olan məhsullardan əlbəttə ki, istifadə etmək olar. Amma evdə özünüzün təbii yağlardan hazırladığınız kremlər daha effektlidir. Publika.az türkiyəli kosmetoloq Əhməd Marankinin məsləhət gördüyü günəş şüalarından qoryucu kremin reseptini təqdim edir:

Ərzaqlar:

20 qram zeytun yağı. Bu yağ Günəşin zərərli təsirlərini azaldan xüsusiyyətə malikdir.

10 qram yerkökü yağı. Günəşdən gələn ultrabənövşəyi (UV) şüalara qarşı orqanizmin immunitetini artırır və dərin qurumasının qarşısını alır.

10 qram kakao yağı. Yaxşı nəmləndiricidir. Kakao yağından günəş kremi kimi istifadə edildiyini də yəqin ki, çoxlarınız eşitmisiniz.

10 qram küncüt yağı. Dərini qidalandırır, toksinlərdən təmizləyir.

10 qram qoz yağı. Dərini nəmləndirir, dərinin yeniləyir və qırışları azaldır.

Bu yağlar da dərini nəmləndirmək üçün əla vasitələrdir.

10 qram badam yağı

10 qram ərik yağı

10 qram kətan toxumu yağı

10 qram fındıq yağı

Hazırlanması:

Bütün yağlar bir qaba tökülür və yaxşıca qarışdırılır. Əldə edilən krem günəşə çıxmazdan 20 dəqiqə əvvəl sürtülür və hər iki saatdan bir yenilənir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm