Saçlara limon, üzə üzüm şirəsi
Bizi izləyin

Gözəllik

Saçlara limon, üzə üzüm şirəsi

Türkiyəli dermatoloq, kosmetoloq Suna Dumankaya təbii gözəllik axtarışında olanlar üçün 2 möhtəşəm resept paylaşıb.

Bunlardan biri saç, digəri isə üzə qulluq üçün nəzərdə tutulub. Publika.az Suna Dumankayanın hər iki reseptini təqdim edir:

Limon şirəsi ilə saçların rəngini qoruyun

Yay aylarında günəşə, dəniz və hovuz suyuna məruz qalan saçın rəngi daha tez açılır. Əgər saçlarınızı tez-tez boyatmaqdan bezmisinizsə, limon şirəsindən faydalanın. Limon şirəsi saçın rəngini daha qalıcı edir. Bunun üçün saçlarınızı yuyun. Daha sonra saçınızı içərisinə 1 çay qaşığı soda və 2 çay qaşığı limon şirəsi tökülmüş su ilə durulayın.

Dərini üzüm şirəsi ilə gözəlləşdirin

Üz dərinizin daha sağlam görünməsini istəyirsinizsə, sizə bu işdə üzüm şirəsi kömək edə bilər. 3 ədəd qırmızı üzümün şirəsini 1 çay qaşığı ağ gil, 1 çay qaşığı qaymaq, 1 çay qaşığı üzüm çəyirdəyi yağı və 1 çay qaşığı balla qarışdırın. Bu qarışığı təmiz dəriyə çəkin. 25 dəqiqə gözləyib sonra dərini ovalayaraq təmizləyin. Daha sonra üzünüzü su ilə yuyun. Bu proseduranı həftədə 3 dəfə təkrarlaya bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm