• USD 1,7007 0,00% EUR 2,0209 -1,05%
    • GBP 2,2939 -0,19% RUB 0,0292 -0,34%

Günəş yanıqlarını sağaldan təbii üsul - FOTOLAR

Günəş yanıqlarını sağaldan təbii üsul - FOTOLAR

Çimərlik mövsümündə günəşə qarşı həssas olan dərilər daha tez reaksiya verir. Nəticədə arzuolunmaz günəş yanıqları əmələ gəlir. Publika.az xəbər verir ki, günəş yanıqlarını sağaltmağın təbii yolu çaydır.

Dərinin qurumaması və yanmaması üçün sahildə günəş vannası qəbul etməzdən əvvəl mütləq SPF tərkibli kremlərdən istifadə etmək lazımdır. Mütəxəssislər də günəşə məruz qalan hər bölgəyə yetərli miqdarda günəş kremi çəkmək tövsiyə edir. Amma bəzən tələskənlikdən, bəzən etinasızlıqdan çoxumuz günəş kremi sürtmədən küçəyə çıxmaq məcburiyyətində qalırıq. Bəs, bu zaman yaranmış günəş yanıqlarının sağalma prosesini necə sürətləndirmək və səbəb olduğu ağrını necə azaltmaq olar?

Əgər əlinizin altında günəş yanıqlarının ağrısını azaltmaq üçün heç bir dərman və təbii bitki yağı yoxdursa, çarəni çayda axtarın.

5-6 ədəd çay paketini 500 ml. qaynar suda dəmləyin. Soyuduqdan sonra dəsmalı çayla isladıb yanıq bölgənin üzərinə qoyun və 30 dəqiqə gözləyin. Yanıqlar kiçikdirsə, çay paketlərini birbaşa həmin bölgəyə qoya da bilərsiniz.

Fidan

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>