Sinə dekoltesini cazibədar göstərməyin yolları
Bizi izləyin

Gözəllik

Sinə dekoltesini cazibədar göstərməyin yolları

Makiyaj hiylələrindən təkcə üzünüzdə deyil, bədənin hər hissəsində istifadə edə bilərsiniz. Dekolte geyimlərdə sinələrin kiçik görünməsini istəmirsinizsə, makiyaj hiyləsi ilə onu böyüdə bilərsiniz. Kiçik sinələri makiyaj hiylələri ilə olduğundan daha böyük göstərmək mümkündür.

Sinə makiyajı üçün parıltılı kirşan, bronzlaşdırıcı kirşan, nazik və yumru makiyaj fırçası lazımdır. İlk olaraq nazik fırçanı bronzlaşdırıcı kirşana vurun. Sonra sinənin tam ortasından yuxarı tərəf düz bir xətt çəkin. Daha sonra bronz kirşanı boynunuza çəkin. Bunun məqsədi sinələri olduğundan dik və gözəl göstərməkdir.

Daha sonra bronzlaşdırıcı kirşanla çəkilən düz xətti sinədə “V” formasında tamamlayın. Burada süngərin köməyindən də istifadə edə bilərsiniz. Çəkdiyiniz xəttin sinənin üstünü örtməsinə diqqət edin. Bu şəkildə sinə daha dolğun və böyük görünür.

Sinənin üst hissəsinə qalın fırça ilə bronzer çəkin. Bronzeri yarım ay formasında qalın xətt kimi çəkməyə çalışın. Təbii görünməsi üçün bronzeri hər tərəfə eyni miqdarda çəkdiyinizdən əmin olun. Fərqi işığın altında yoxlaya bilərsiniz. Sinə makiyajının daha yaxşı görünməsi üçün daha böyük büstqalterlərdən istifadə edə bilərsiniz.

Sinə və boyun dərisinə necə qulluq etməli?

Kosmetoloqlar bu halda dəriyə günəşdən qoruyucu kremlər çəkilməsini və qaralmanı mümkün qədər kölgəlikdə etməyi məsləhət görürlər. Büstqalter geyinməyi sevməyən qadınları isə xəbərdar etmək istəyirik ki, döşləriniz öz ağırlıqlarından sallandıqları üçün, onların dərisi daim dartılmış vəziyyətdə olur. Nəticədə döşlər sallanaraq öz formalarını da itirirlər. İntensiv olaraq müxtəlif rəqslərlə və ya hər hansı idman növü ilə məşğul olan qadınlar bu barədə xüsusi olaraq xəbərdar edilməlidirlər.

Beləliklə, boyun və sinə nahiyəsinin dərisinə daimi olaraq diqqətlə qulluq etmək lazımdır. Yəni, üz dərisinə qulluq edilməsində olduğu kimi onu da hər gün təmizləmək, nəmləndirmək, tonuslaşdırmaq və qidalandırmaq lazımdır. Boyun və sinə dərisinə gündəlik qulluq etmək və məhz bu sahələr üçün nəzərdə tutulmuş xüsusi kosmetik vasitələrdən - kremlərdən, liftinq-vasitələrdən, zərdablardan və s. istifadə etmək lazımdır. Bu mümkün olmadıqda, üz dərisi üçün olan kosmetik vasitələrdən də istifadə edə bilərsiniz. Ancaq boyun və sinə nahiyəsinin dərisini daha çox nəmləndirilmək və qidalandırılmaq lazımdır. Bu zaman dərini qurudan vasitələrdən istifadə edilməsindən imtina edin. Səhər və axşam saatlarında boyun və sinə nahiyəsinin dərisi də üzün dərisi kimi təmizlənir. Təmizləndikdən sonra bu sahənin dərisinə əla tonuslandırıcı təsirə malik olan buz qəlibləri sürtülməsi məsləhət görülür. (Sizin qalxanvari vəzinizdə hər hansı bir problem varsa, və ya siz uşaq əmizdirirsinizsə, buzdan istifadə etmək olmaz!)

İlkin olaraq sinə nahiyəsindən başlayaraq, tədricən çənə nahiyəsinə keçməklə, kub şəklində olan buzla dairəvi hərəkətlər etməklə, onu dərinizə sürtün. Bu prosedura 1-2 dəqiqə ərzində yerinə yetirilir. Dəri təbii şəkildə quruduqdan sonra isə tələbatından asılı olaraq ona qidalandırıcı və ya nəmləndirici krem sürtün.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm