Yayda dəriyə QULLUQ QAYDALARI
Bizi izləyin

Gözəllik

Yayda dəriyə QULLUQ QAYDALARI

Yayda dəriyə yay meyvələri ilə qulluq etmək məsləhətdir. Yay meyvələri dəriyə arzuladığımız təbii gözəlliyi bəxş edəcək.

Moruq maskası: Moruğun tərkibində bol miqdarda A vitamini var. A vitamini dərini yumşaldır və qüsursuz görüntü verir. Moruğu püre halına gətirin və təmiz dəriyə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.

Gavalı maskası: Gavalıdan hazırlanan maska üzü nəmləndirmək üçün ən yaxşı vasitədir. 2-3 gavalını qabığını soyun və püre halına gətirin. Gavalıya 1 yumurta ağını əlavə edib yaxşıca qarışdırın və üzünüzə çəkin. 20 dəqiqə sonra ilıq su ilə yaxalayın.

Çiyələk maskası: Çiyələyi püre halına gələnə qədər əzin və üzünüzə çəkin. Əgər dəriniz qurudursa, pürenin içinə bir neçə damcı zeytun yağı və ya badam yağı əlavə edin. 10-15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun. Bu maska çiyələyə qarşı allergiyası olanlara məsləhət görülmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm