İdeal qaşlara malik olan məşhurlar - FOTOLAR
Bizi izləyin

Gözəllik

İdeal qaşlara malik olan məşhurlar - FOTOLAR

Məşhur model Kara Delevinlə, Emiliya Klark bu günlərdə Hollivudun ən yaxşı qaşlı ulduzu seçiliblər. Bundan başqa, ən ideal qaşlara malik olan ulduzların siyahısında Kamilla Bell, Lili Kollinz Meqan Foks, Rita Ora, Ancelina Coli və digər məşhurların adları çəkilib. Siyahıda qalın və nazik qaşlı məşhurlar yer alıb. Xatırladaq ki, qalın, alınmamış qaşlar model Kara Delevin sayəsində dəbə minib. Qalın qaşlar hələ də öz aktuallığını itirməyib.

Qaşlarla bağlı bir neçə məsləhət

Qaşlarınızı aldırarkən bu işi kimə həvalə etdiyinizə diqqət edin. İlk növbədə qaşınızı alacaq şəxsin öz qaşlarının fasonuna fikir verməlisiniz. Gözəllik salonuna girdiyiniz zaman qaş alacaq şəxsin qaşlarına diqqətlə baxın. Qaşlarının forması xoşunuza gəlirsə, tərəddüd etmədən qaşlarınızı onun əllərinə təslim edə bilərsiniz.

Qalın qaşlara sahib olmaq üçün bir neçə əsas səbəb var:

Birincisi, qalın qaşlar gözləri daha çox vurğulayır və mənalı göstərir. İkincisi, göz makiyajına çox vaxt sərf etməyə ehtiyac qalmır. Üçüncüsü isə, əyri olmadığı üçün özünüz də asanlıqla düzəldə bilərsiniz. Ancaq qalın qaş modelini 80-ci illərin dağınıq və qalın qaş modası ilə qarışdırmayın.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm