• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bədəndəki çatları azaldan təbii maska

Bədəndəki çatları azaldan təbii maska

Dəri çatları müxtəlif səbəblərdən yarana bilər. Dəridə çatlar və cırıqlar əsasən, yetkinlik dövrü, hamiləlik zamanı və idmanla məşğul olarkən yaranır. Dəridəki elastin liflər ziyan gördüyü üçün dəri çatlamağa və cırılmağa başlayır. Bu çatları tamamilə yox etmək qeyri-mümkündür. Ancaq onların rəngini açmaq və daha az diqqət cəlb etməsini təmin etmək olar.

Publika.az çatları azaldan və rəngini açan təbii maska reseptini təqdim edir:

Tərkibi:

2 xörək qaşığı portağal yağı

2 xörək qaşığı rozmarin yağı

1 çay qaşığı darçın yağı

Bütün yağları bir qaba töküb qarışdırın. Bu qarışımı həftədə 2-3 dəfə gecələr çatların olduğu bölgəyə çəkin. 5 dəqiqə masaj edin. Durulamağa ehtiyac yoxdur.

Qeyd edək ki, bu maskanın tərkibindəki portağal yağı çoxlu miqdarda C vitamini ehtiva edir. Bu vitamin dərinin elastikliyini artırır. Rozmarin yağı isə qan dövranını sürətləndirərək dərinin özünü bərpa etməsinə şərait yaradır. Darçın yağı da qan dövranını sürətləndirir və yağları əridir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR