Qaralmış dəri dəbdədir - FOTO
Bizi izləyin

Gözəllik

Qaralmış dəri dəbdədir - FOTO

Ağ dəri qədim dövrlərdən bəri gözəllik əlaməti hesab olunur. Amma son illərin gözəllik standartları tamamilə fərqlidir. Xüsusilə yay aylarında qaralmış dəri daha aktual olur. Publika.az-ın gözəllik bölməsi təbii və qalıcı olmayan qarlamağın maraqlı üsulunu təqdim edir:

Bu formul kakao və dəri tipinə uyğun adi nəmləndirici kremlə hazırlanır. Üstəlik, onu istədiyiniz zaman yuyub, əvvəlki ağ dərinizə qovuşa bilərsiniz.

2 xörək aşığı kakao ilə nəmləndirici bədən kremini qarışdırıb, boş şüşənin içinə tökün. Nəmləndiricinin miqdarını və dərinin nə qədər qaralmasını istəyinizə görə nizamlayın. Kakao ilə kremi yaxşıca qarışdırandan sonra ayaqlarınıza sürtün.

Bu üsul qalıcı təsirə malik deyil. Sabunla yuyanda çıxacaq. Hər hansı bir gözləmə müddəti yoxdur. Hazırladığınız qarışığı bədəninizə sürtəndən sonra su ilə bir qədər ehtiyatlı olun.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm