Dərini sarıkök maskası ilə gözəlləşdirin
Bizi izləyin

Gözəllik

Dərini sarıkök maskası ilə gözəlləşdirin

Təbii anti-bakterial olan sarıkök həm sızanaqları yox edir, həm də dərini gözəlləşdirib parıldadır. Publika.az-ın gözəllik bölməsi yay ayları üçün sarıkök maska reseptini təqdim edir:

Maska üçün lazım olan materiallar:

Təbii alma sirkəsi

1/2 çay qaşığı sarıkök tozu

1 yemək qaşığı əsl bal

Süd

Pambıq

Necə hazırlanır?

Pambığı alma sirkəsinə batırıb dərinizi onunla silin. Maska çəkməzdən əvvəl 5 dəqiqə gözləyin. Sonra sarıkökü bal ilə qarışdırın. Gözlərinizə və göz ətrafına dəyməmək şərti ilə maskanı üzünüzə çəkin.

15-20 dəqiqəyə qədər gözlədikdən sonra ilıq su ilə yaxalayın. Əgər sarıkök tozu dəridə sarımtıl bir iz qoyarsa, südlü pambıqla təmizləyin. Həftədə 2 dəfə tətbiq edin.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm