• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ən qəribə gözəllik yarışları - FOTOLAR

Ən qəribə gözəllik yarışları - FOTOLAR

Hər il dünyada çoxsaylı gözəllik yarışları keçirilir. Məsələn, onların arasında “Miss fil”, “Miss fahişə”, “Miss həbsxana”, “Miss bomj” kimi qeyri-adi gözəllik yarışları var.

Publika.az ən maraqlı gözəllik yarışlarını təqdim edir.

“Miss Fil”

Bu müsabiqə Tailandda keçirilir və 2 məqsəd güdür: fillərin yer üzündən silinməməsi üçün diqqət cəlb etmək və gözəllik anlayışın dəyişmək. Adı çəkilən gözəllik müsabiqəsində çəkisi 90 kiloqramdan artıq olan qızlar iştirak edir. Tələbə Tarnrarin Hansavanq 110 kiloqram çəkidə “Miss Fil” adını alıb və 1300 dollar qazanıb. Qız deyib: “İnsanların çəkimə görə məni mühakimə etməməsini istəyirəm. Çox adam elə hesab edir ki, mən çirkinəm və kök olduğum üçün istedadsızam”. Maraqlısı odur ki, müsabiqə Banqkok yaxınlığında yerləşən fil zooparkında keçirilir.

“Miss transeksual”

Bu gözəllik müsabiqəsi 2004-cü ildən bəri Tailandın Pattaye şəhərində keçirilməyə başlanılıb. Müsabiqədə yalnız transeksuallar iştirak edir. Adı çəkilən müsabiqə getdikcə kütlənin marağına səbəb olub və hər il onu 15 mindən çox insan izləyir. Maraqlısı odur ki, müsabiqə iştirakçılarını qızdan heç fərqləndirmək olmur. Tailandlılar üçüncü cinsin nümayəndələrinə hörmətlə yanaşaraq onlara “başqa qadınlar” deyirlər. Bundan əlavə, müsabiqə ölkəyə turistlərin cəlb edilməsi üçün tələdir.

“Miss bomj”

“Miss bomj” müsabiqəsi ilk dəfə 2009-cu ildə Belçikada keçirilib. Müsabiqənin əsas şərti isə belədir: küçə həyatına birdəfəlik son qoyub sosial həyata qoşulmaq. Finala küçədə yaşayan 9 belçikalı keçə bilib. Onların hamısına təşkilat 1 il ərzində sosial həyata başlamaq haqda təlim keçəcək və iş tapmaqda köməklik göstərəcək. Müsabiqənin 58 yaşlı qalibi Terez Van Bel 1 il müddətində onun üçün kirayələnmiş evdə pulsuz yaşayacaq.

Holokostu yaşayanların müsabiqəsi

İlk dəfə müsabiqə 2012-ci ildə İsrailin Hayfa şəhərində keçirilib. Müsabiqəyə qatılan 300 nəfərdən 14-ü finala kimi gəlib çıxıb. İştirakçıların yaşı isə 74-97 arasında dəyişir. Müsabiqəni 78 yaşlı Hava Herşkovitz qalib gəlib. O, 3 il həbs düşərgəsində yaşayıb. Lakin müsabiqə tənqidlərə məruz qalıb. Bəzilərinin fikrincə, Holokostu yaşayanlara görkəminə görə qiymət vermək düzgün deyil. Müsabiqənin təşkilatçıları qadınları bir yerə toplayıb xoş ünsiyyət yaratmaq və hərəsinin yaşadığı dəhşətləri ön plana çəkmək üçün əlverişli fürsət olduğunu hesab edir.

“Miss plastik cərrahiyə”

Qadınları əməliyyat yolu ilə gözəlləşdirən peşəkarların da zəhmətini unutmaq olmaz. Ona görə də, 2009-cu ildə Macarıstanda “Miss plastik cərrahiyə” keçirilib. Müsabiqədə plastik cərrahların keçmiş pasiyentləri iştirak edib. Müsabiqəyə 18-30 yaş arası olan qadınlar cəlb edilib. Müsabiqənin şərti isə belədir: az da olsa əməliyyat ya üzdə, ya da bədəndə olmalıdır. İştirakçı əməliyyat keçdiyini təsdiq edən sənədləri təqdim etməklə qoşula bilər. Müsabiqədə daha çox qızların gözəlliyi yox, əməliyyatın mükəməlliyi qiymətləndirilib. 22 yaşlı Reka Urban müsabiqənin qalibi olub. Qız sinə implantı, üz dərisinin dartılması və burun əməliyyatı elətdirib. O, Budapeştin mərkəzində mənzil və avtomobil qazanıb.

“Miss həbsxana”

Bu müsabiqə hər il ABŞ həbsxanalarında keçirilir. Müsabiqə televiziya ilə canlı göstərilir.

Hind toyuğu ayaqları müsabiqəsi

ABŞ-ın Arkanzas ştatında keçirilən müsabiqədə iştirak edən qızlar hind toyuğu maskalarında çıxır. Belə ki, onların yalnız ayaqları görünür. Hind toyuğunun ayaqlarına bənzər iştirakçı qalib elan edilir.

“Miss tərbiyə”

Bu müsabiqə hər il Səudiyyə Ərəbistanında keçirilir. Müsabiqədə iştirak edən qadınlar ənənəvi müsəlman tərbiyəsini nümayiş etdirməyə çalışır. Belə ki, onlar üzlərini göstərmir. Jüri heyəti bir neçə gün ərzində onların ədəb-ərkanını izləyir və onların arasından müsəlman təlim-tərbiyəsi görmüş qızı seçir.

“Miss fahişə”

2012-ci ildə Los-Ancelesdə qəribə bir müsabiqə təşkil olunub. Çünki müsabiqə iştirakçıları yüngül əxlaqlı qadınlar olub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR