Uğurlu estetik əməliyyat sayəsində qüsursuz görünən gözəllər - FOTOLAR
Bizi izləyin

Gözəllik

Uğurlu estetik əməliyyat sayəsində qüsursuz görünən gözəllər - FOTOLAR

İllər keçdikcə Hollivud ulduzları daha da gözəlləşib, gəncləşirlər. Müsahibələrində bu möcüzəni sadəcə sağlam qidalanmaq və idmanla məşğul olmaq sayəsində əldə etdiklərini iddia etsələr də, buna inanmaq çətindir. Artıq hər kəsə məlumdur ki, illərlə mübarizə aparmağın ən effektli üsulu estetik əməliyyatlardır.

Müasir texnologiyanın bəxş etdiyi bu fürsətdən istifadə etmək qəbahət deyil. Ancaq dərəcəsini bilmək lazımdır. Necə ki, bəzi məşhurlar üz və bədənlərində olan kiçik qüsurları aradan qaldırsalar da, təbii görünüşlərinə xələl yetirməməyi bacarıblar.

Publika.az “Elle.ru”ya istinadən uğurlu estetik əməliyyat sayəsində gözəlləşən ulduzları təqdim edir:

Bleyk Layvli

Блейк Лайвли

Gözəl ulduz burnunu əməliyyat etdirib. Göz qapaqlarını yuxarıya doğru çəkdirib və sinəsini böyüdüb.

Kira Naytli

Кира Найтли

Burun əməliyyatı keçirən və üst dodaqlarını bir az şişirdən aktrisanın üz cizgiləri dəyişməyib. Onun estetik əməliyyata müraciət etdiyini sadəcə estetik cərrah anlaya bilər.

Holli Berri

Хэлли Берри

Gözəl aktrisa da burnunu əməliyyat etdirib. O, sinəsini böyüdərək daha cazibədar bədən fiqurasına qovuşub.

Ayşvariya Ray

Айшвария Рай

Hindistanın ən gözəl qadını hesab edilən Ayşvariya Ray da estetik əməliyyata müraciət edən məşhurlardandır. O, burun əməliyyatı keçirib, göz formasını korreksiya etdirib və üst dodağına dolğu vurdurub. Bütün bu müdaxilələr sayəsində o Avropa qadınlarına oxşayıb.

Meqan Foks

Меган Фокс

Hər fürsətdə təbii gözəl olduğunu iddia edən aktrisanın köhnə fotoları bu yalanının üstünü açır. Meqan Foks ən çox estetik əməliyyat etdirən ulduzlardan biridir. O, burnunu, göz formasını dəyişdirib, dodaqlarının həcmini artırıb, sinəsini böyüdüb. Deyilənə görə, bütün bu əməliyyatlara 60 min dollar xərcləyib.

Demi Mur

Деми Мур

Demi Mur da gözəlliyini təcrübəli həkimlərə borcludur. O, bu günə kimi dəfələrlə bıçaq altına yatıb. Əvvəlcə göz ətrafı qırışlarını botoksla açdıran ulduz daha sonra burnunu kiçildib. Bir neçə dəfə sinəsinə implant qoyduran Demi Mur ana olduqdan sonra liposaksiya etdirib və qarın bölgəsinin dərisini tarımladıb.

Cennifer Eniston

Дженнифер Энистон

Aktrisa düz iki dəfə burun əməliyyatı keçirib. Sinəsini böyüdən Cennifer dodaqlarını şişirdib və ideal bədən quruluşuna sahib olmaq üçün bir dəfə liposaksiya etdirib.

Keyt Hadson

Кейт Хадсон

Gözəl ulduz sinəsini böyüdüb və burnunu kiçiltdirib.

Cennifer Lopez

Дженнифер Лопес

İllərə meydan oxuyan və gənc rəqiblərini kölgədə qoyan Cey Lo da bu uğurunu estetik əməliyyatlara borcludur. Onun estetik əməliyyatları o qədər uğurlu alınıb ki, ilk baxışda üzündə və bədənində heç bir dəyişiklik hiss edilmir. Ancaq gözəl ulduzun keçmiş illərdə çəkilmiş fotolarına baxan təcrübəli həkimlər onun burun, çənə əməliyyatı keçirdiyini, sinəsini böyütdüyünü bildirirlər.

Qvinet Peltrou

Гвинет Пэлтроу

Gözəl ulduz da ideal olmayan burun formasını dəyişdirib. O, yanaqlarına botoks etdirib. Həmçinin, botoks sayəsində üzündəki mimik qırışlarından xilas olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm