Planetin ən gözəl uşağı seçildi - FOTOLAR
Bizi izləyin

Gözəllik

Planetin ən gözəl uşağı seçildi - FOTOLAR

Bolqarıstanın Sozopol şəhərində keçirilən “Planetin balaca miss və misteri-2015” (Little Miss and Mister Planet) müsabiqəsinin qalibi Həştərxan şəhərindən olan 7 yaşlı Alina Abdurazakova seçilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 7 yaşlı Alina müsabiqənin bir neçə mərhələsindən keçə bilib. Buraya istedadlar şousu, ingilis dilində özü və maraqları haqda jüri üzvlərinə verdiyi müsahibə, milli kostyumun və rəqsin təqdimatı da daxildir.

Rusiyanı təmsil edən Alina özü “Tulpar” milli rəqs ansamblının solistidir. O öz bacarıqları ilə ABŞ, Almaniya, Estoniya, Macarıstan, Nepal, Türkiyə, Latviya, Braziliya, Albaniya, Cənubi Afrika, Slovakiya və digər ölkələrin nümayəndələrini üstələyib.

Məktəbli qız deyib ki, o daha çox vətənini və sevimli şəhərini təmsil etmək haqda düşünüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm