• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Doğuşdan sonra yaranmış çatların bitkilərlə həlli

Doğuşdan sonra yaranmış çatların bitkilərlə həlli

Hamiləlik izlərini yox etmək üçün bahalı kremlər almayın

Hamiləlikdə, yaxud kökəlib arıqladıqda xüsusi ilə həssas dərilərdə çatlar əmələ gəlir. Bu problemi həll etmək üçün çoxları çıxış yolunu bahalı kremlərdə görür. Lakin təbii yağların və bitkilərin bahalı kremlərdən daha effektli olduğunu unutmaq olmaz. Üstəlik, onların qiyməti hamının cibinə münasib deyil.

Publika.az-ın gözəllik bölməsi doğuşdan sonra bədəndə yaranan xoşagəlməz çatları aradan qaldıran maska reseptlərini təqdim edir:

Ərik maskası

3-4 ədəd əriyi kəsin və tumlarını çıxarın. Püre halına gələnə qədər mikserdən keçirin. Çatlar olan bölgəyə sürtün. 15 dəqiqə gözləyin. Sonra ilıq su ilə yaxalayın. Həftədə ən az 2-3 dəfə etməlisiniz.

Təzə aloe vera jelesi ilə maska

Əzvay dəridəki kollagen toxumalar üzərində təsirlidir. Təzə əzvay tikanlarını kəsib iki hissəyə bölün. Bir qaşıq köməyiylə içindəki jeleni sıyırın. Jeleni yumşaltmaq üçün əzin. Bunu 2-3 gün soyuducuda saxlayın. Gündə bir neçə dəfə çatlar olan bölgəyə 15 dəqiqə çəkib gözləyin. Sonra ilıq su ilə yuyun. Əzvayın içindəki jeleni hamiləlik ərzində çəkdikdə daha yaxşı effekt verir. Beləcə, çatların qarşısını alırsınız.

Kələm, yumurta və düyü unu maskası

Kələm və yumurta ağı, kollagenləri yenilənməkdə olduqca təsirlidir. Düyü unu da ölü hüceyrələri təmizləməyə kömək edir. Kələm yarpağını püre halına gətirin. Bir qaba 2-3 yemək qaşığı düyü unu tökün. Yumurtanın ağını və kələmi düyü ununa əlavə edin. Sonra yaxşıca qarışdırın. Maskanı çatlar olan bölgəyə sürtün və 15 dəqiqə gözləyin. Sabun və su ilə yaxalayın.

Qəhvə tozu ilə pilinq

1 yemək qaşığı quru qəhvə, 2 yemək qaşığı əzvay jelesini yaxşıca qarışdırın. Qarışığı çatlar üzərinə sürtün və xəfifcə pilinq edin. Yaxşı nəticə əldə etmək üçün həftədə 2 dəfə təkrar edin.

Efir yağları

Eyni miqdarda limon, şirin badam, kətan toxumu və itburnu yağını kiçik bir qaba töküb qarışdırın. Bu yağları hər gün çatlara sürtüb masaj edin.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR