Südün, quş ətinin, yumurtanın istehsalçı qiymətləri qalxıb
Bizi izləyin

İqtisadi gündəm

Südün, quş ətinin, yumurtanın istehsalçı qiymətləri qalxıb

Südün, quş ətinin, yumurtanın istehsalçı qiymətləri qalxıb

Fevral ayında satılan kənd təsərrüfatı məhsullarından çoxillik bitkilərin istehsalçı qiymətlərinin 4,7 faiz ucuzlaşmasına, birillik bitkilərin istehsalçı qiymətlərinin 0,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,8 faiz bahalaşmasına baxmayaraq ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,1 faiz, kartofun 0,3 faiz, lobya dəninin 0,4 faiz, kələmin 1,1 faiz, qırmızı turpun 0,1 faiz, baş sarımsağın 0,6 faiz, göy soğanın 1,9 faiz, quru otun 0,4 faiz, yoncanın istehsalçı qiymətləri 1,9 bahalaşıb. Baş soğanın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 29,1 və 3,4 faiz ucuzlaşıb. Heyvanın istehsalçı qiymətləri 1,3 faiz, şabalıdın 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 4,6 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,0 faiz, qoyun ətinin (diri çəkidə) 0,8 faiz, camışın 0,6 faiz, südün 0,1 faiz, quş ətinin (diri çəkidə) 4,9 faiz, yumurtanın istehsalçı qiymətləri 0,3 bahalaşıb.

Bu bahalaşma ilə yanaşı ay ərzində mal ətinin (diri çəkidə) 0,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.

Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 0,2 faiz bahalaşma müşahidə olunub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm