Bayram bazarlığında qabağa düşmək istəyənlər üçün Novruz yarmarkaları - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Bayram bazarlığında qabağa düşmək istəyənlər üçün Novruz yarmarkaları - FOTO

Bayram bazarlığında qabağa düşmək istəyənlər üçün Novruz yarmarkaları - FOTO

Bu gündən etibarən mart ayının 20-nə kimi Bakının Binəqədi, Xətai, Yasamal və Nərimanov rayonlarında kənd təsərrüfatı mallarının yarmarkası təşkil edilib.Artıq səhər saatlarından başlayaraq şəhər sakinlərinin yarmarkaya axını müşahidə olunur.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bununla bağlı bildirib ki, yeni qapalı formada qurulan yaramarkalarda əlverişli ticarət mühiti, sanitar norma və qaydalara riayət olunması üçün hər cür şərait yaradılıb. Qiymətlər isə alıcılar üçün münasibdir: “Bizim mütəxəssislər və digər mütəxəssislərlə birlikdə bazarda monitorinqlər keçirilir. Həmin monitorinqlərin nəticələrinə müvafiq olaraq, biz satıcılara tövsiyə edirik ki, bazar qiymətlərindən müəyyən dərəcədə 20-30, bəzən 40 faiz ucuz qiymətə o məhsulları satsınlar”.

Nazir müavini bildirir ki, ilk növbədə məhsulların keyfiyyət göstəriciləri yüksək olmalıdır. Bunun üçün hazırda baytarlıq və karantin xidmətinin mütəxəssisləri araşdırma aparır.

Yerli icra orqanları və Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka digər nazirliklərin də dəstəyi ilə həyata keçirilir. Yarmarkada kənd təsərrüfatı mallarından başqa ət və süd məhsulları istehsal edən şirkətlərin malları da satışa çıxarılıb.

Qeyd edək ki, bu il Bakının 7 ərazisində açılması nəzərdə tutulan yarmarkalardan artıq 5-i fəaliyyətə başlayıb. Hər bir şəraiti olan yarmarka çadırları Almaniyadan gətirilib.

Nərgiz Liftiyeva

Fotolar müəlifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm