Metroda ticarət obyektləri niyə qəfil söküldü?- AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

Metroda ticarət obyektləri niyə qəfil söküldü?- AÇIQLAMA

Metroda ticarət obyektləri niyə qəfil söküldü?- AÇIQLAMA

Metro ticarətçilərinə obyektlərinin köçürülməsi üçün satıcılara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən mart ayının 27-ə kimi vaxt verilmişdi. Bakı metropoliteninin rəsmisi də mətbuata açıqlamasında ticarət köşklərinin tədricən söküləcəyini vədini vermişdi.

Buna baxmayaraq dünən axşam saatlarında 19 metro stansiyadakı ticarət nöqtərlərinin ləğv edilib.
Metrodakı ticarət obyektlərinin niyə deyildiyi vaxtdan daha tez və xəbərdarlıqsız sökülməsinin səbəblərini aidiyyatı qurumların rəsmiləri Publika.az-a açıqlamalarında cavablandırıblar.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirib ki, bu köçürmənin Metropolitenlə heç bir əlaqəsi yoxdur: “Satıcılara xəbərdarlıq olunmuşdu ki, ticarət obyektləri təmizlənəcək, onlar özləri yığışıb gediblər. Onlara heç kim heç nə deməyib.”

Ticarət obyektlərinin niyə deyilən vaxtdan 10 gün əvvəl sökülməsinin səbəbini Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov belə cavablandırıb: “Burada xüsusi bir səbəb axtarmağa ehtiyac yoxdur. Martın 27-ə qədər olan tarixə bugünkü gün də daxildir. O vaxt ona görə verilmişdi ki, işlərdə hansısa bir problem yaranarsa ən son bu tarixə qədər proses uzana bilər.”

Ticarət obyektlərinin ləğvi prosesi haqqında məlumat verən Əliabbas Bağırov bildirdi ki, artıq metronun 19 stansiyasında söküntü başa çatdırılıb: “Hal- hazırda “Nəriman Nərimanov”, “Neftçilər” və “Memar Əcəmi” stansiyalarında söküntü işləri davam etdirilir. Boşaldılmış köşklərin təmizlənməsi prosesi gedir. Bu dəqiqələrdə “İnşaatçılar” və “Xalqlar dostluğu” stansiyalarında köşklərin boşaldılması prosesi gedir və iş gününün sonuna kimi tamamlanacaq. Heç bir insident baş vermədən bu proses davam edir. Sahibkarlar bu addımı anlayışla qarşıladılar və onlara təklif olunan yerlərə köçəcəklər. Bakı Şəhər Mertopoliteni bu gün 30 il əvvəlki vəziyyətinə qaytarılacaq.”

Nərgiz Liftiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm