ÜDM 8,5 milyard manata çatıb
Bizi izləyin

İqtisadi gündəm

ÜDM 8,5 milyard manata çatıb

ÜDM 8,5 milyard manata çatıb

Ümumi Daxili Məhsul istehsalı 2013 yanvar-fevral ayları ilə müqayisədə 1.6 faiz artaraq ötən ay 8.5 milyard manat təşkil edib.

Publika.Az xəbər verir ki, əlavə dəyərin 50.0 faizi sənaye sahələrində, 8.8 faizi tikinti kompleksində, 11.6 faizi ticarət və pullu xidmət sahələrində, 6.3 faizi nəqliyyatda, 1.9 faizi rabitə müəssisələrində, 2.5 faizi aqrar bölmədə, 11.9 faizi digər sahələrdə yaradılıb.

Əhalinin hər nəfərinə orta hesabla 903.5 manat məbləğində (1151.9 ABŞ dolları) əlavə dəyər istehsal olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faiz artıb. Əlavə dəyərin 53.9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8.8 faiz artıb. Neft-qaz sektorunda isə 5.7 faiz azalıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm