İstehlak bazarından 3193.3 milyon manatlıq mal alınıb
Bizi izləyin

İqtisadi gündəm

İstehlak bazarından 3193.3 milyon manatlıq mal alınıb

İstehlak bazarından 3193.3 milyon manatlıq mal alınıb

Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.4 faiz artaraq 426.3 manat təşkil edib.

Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, gəlirlərin artması ilə yanaşı əhalinin istehlak mallarına olan tələbatı da yüksəlib.

Bu onların istehlak bazarından aldıqları əmtəənin həcminin durmadan artmasında özünü büruzə verib. İki ay ərzində əhali istehlak bazarından 3193.3 milyon manatlıq istehlak malları alınıb.

Göstərilmiş xidmətlərin müqabilində 1010.3 milyon manat ödənilib. 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9.0 faiz, o cümlədən ərzaq məhsullarının satışı 0.9 faiz, qeyri-ərzaq mallarının satışı 20.1 faiz, pullu xidmətlərin həcmi 6.9 faiz artıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm