Şərq Tərəfdaşılıq Proqramı iflasa uğrayır?
Bizi izləyin

İqtisadi gündəm

Şərq Tərəfdaşılıq Proqramı iflasa uğrayır?

Şərqi Tərəfdaşılıq Proqramı iflasa uğrayaca

Martın 19-da Budapestdə, Macarıstan Xarici İşlər Nazirliyində Azərbaycan, Gürcüstan və Moldovadan dəvət edilən müstəqil ekspertlər və Qərbi Avropadan olan nümayəndələrin iştirakı ilə görüş keçirildi.

Tədbirdə məqsəd aprelin 23-24-də Praqada keçiriləcək Şərqi Tərəfdaşlıq Proqramı Sammitində təşkil olunacaq Viseqrad ölkələrinin (Çexiya, Macarıstan, Slovak Respublikası və Polşa) xarici işlər nazirlərinin görüşü üçün təkliflər paketi hazırlamaqdır.

Qeyd edim ki, sözügedən samitdə Şərqi Tərəfdaşlıq Proqramını təmsil edən 4 ölkənin dövlət başçılarının o cümlədən Azərbaycan Prezidentinin iştirakı gözlənilir. Diqqəti çəkən məqam bu günki görüşə Ermənistan və Belarus ekspertlərinin dəvət edilməməsidir. Görüşdə nazirliyin dəvəti ilə hər ölkəni bir ekspert təmsil edir. Praqa Samitinə də Ermənistan prezidentinin dəvət ediləcəyi sual altındadır. Qeyd edim ki, Praqa Samitinə müstəqil ekspert kimi mən də qatılacam.


Görüşdə əsas məqsəd Avropa Birliyinin hansı istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsi olduğu üçün şağıdakı məqamlara toxundum:

- Əgər Ukranya məğlub olacaqsa o zaman bütövlükdə Şərqi Tərəfdaşılıq Proqramı iflasa uğrayacaq və Avropa Birliyi regionda Rusiyaya uduzacaq. Bu baxımdan Ukrayna problemi regionun gələcəyi üçün ciddi əhəmiyyət daşıyır;

- Azərbaycan və Ukrayna regionun gələcək taleyinin müəyyənləşdirilməsi baxımdan çox əhəmiyyətlidir. Ukrayna Avropada ərazisinə görə ən böyük ölkədir. Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Moskva gözəl anlayır ki, əgər Rusiya sözügedən iki ölkə üzərində təsirlərini itirsə bütün regiondan çəkilməli olacaq;

- Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycanın avro-inteqrasiya istiqamətində balanslı siyasət aparmasına gətirib çıxarıb. Bakı Moskvanın xətrinə dəymədən mərhələli Avropaya inteqrasiya siyasətini həyata keçirir. Avropa Birliyi regiondakı münaqişələrin xüsusəsən də Qarabağ probleminin həllində ciddi siyasi dəstək yürütməlidir. Mövcud status-kvota Rusiyanın regionda möhkəmlənməsinə gətirib çıxarır;

- Krim Dağlıq Qarabağ üçün nümunə ola bilməz. Bu yalnız bu ərazilərin tarixi və ərazi bütövlüyü ilə beynəlxalq öhdəliklər ilə bağlı deyil, eyni zamanda Dağlıq Qarabağın nə Russiya, nə də Ermənistan ilə birbaşa sərhədinin olması ilə bağlıdır. Krımın işğalından sonra da Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinin dəyişəcəyini gözləmirəm;

- Azərbaycanın Gömrük İttifağına qoşulmaması Moskvanın Bakıya təzyiqlərini artıracaq. Brüssel bu təzyiqlərin minimumlaşdırılması üçün ölçülə bilən fəaliyyətlər həyata keçirməlidir;

- Azərbaycan Dünya Ticarət Təşkilatına üzvlüyünün sürətləndirilməsi vacibdir. Avropa Birliyi bu məsələdə ölkənin statusu, subsidiyalar ilə bağlı məsələlərdə Azərbaycana dəstək verməlidir;

- Avro-inteqrasiyanın Azərbaycan üçün iqtisadi xeyirli daha aydın şəkildə təqdim edilməlidir. Əgər ölkənin Brüsselin maliyyə dəstəyinə ehtiyacı yoxdursa o zaman bu əməkdaşlığın iqtisadi üstünlükləri göstərilməlidir;

- Türkiyənin Avropa Birliyinin üzvülüyünə namizədlik nümunəsi Şərqi Tərəfdaşlıq ölkələrinin aşoşiativ müqavilənin bağlanması üçün yaxşı təcrübə deyil. Üzvlüklə bağlı nəticəsiz danışıqlar Avropa Birliyinə inamın itməsinə və həmin ölkələrdə avro-inteqrasiyanı dəstəkləyən qüvvələrin zəifləməsinə səbəb ola bilər.


Bütövlükdə, çıxışımda əsas fokus münaqişələri və o cümlədən Qarabağ probleminin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllində Avropa Birliyinin real mövqe orta qoymasının gərəkliyi oldu. Qarabağ münaqişəsinin həll edilməməsində yalnız Rusiya deyil, eyni zamanda erməni lobisi maraqlıdır. Zəif Ermənistan erməni lobbisinə bu ölkəyə daha çox təsir imkanları verir. Münaqişələr həll edilməyincə Şərqi Tərəfdaşlıq Proqramı ciddi uğurla əldə edə bilməyəcək.

Vüqar Bayramov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm