"Aş xərci" 27 manat - Əhalini soyan bayram qiymətləri
Bizi izləyin

İqtisadi gündəm

"Aş xərci" 27 manat - Əhalini soyan bayram qiymətləri

"Aş xərci" 27 manata - Əhalini soyan bayram qiymətləri

Novruz Bayramı ilə əlaqədar alış-verişlərin çoxalması bazarlarda qiymət “təzyiqini” artırıb.

Göyərti istisna olmaqla, əksər kənd təsərrüfatı məhsullarının- meyvənin, tərəvəzin, eləcə də, çərəzlərin qiymətləri əvvəlki ayla müqayisədə bahalaşıb.

Publika.Az-ın bazarda apardığı araşdırmanın nəticələrinə görə, ailənin sosial statusundan asılı olaraq 2014-cü ilin bayram süfrəsi 2013-cü illə müqayisədə baha olacaq.

Hazırda bazarda armud 2 manat, alma 1,5-2 manat, portağal 2 -2,7 manat, mandarin 2 manat, banan 2,5 manat, ananas 4 manat, pomidor 3-5 manat, xiyar 2-2,7 manat təşkil edir.

Çərəzlərə gəlincə, vəziyyət daha kritikdir. Qoz ləpəsi 12-14 manat, qoz 7-10 manat, badam 12 manat, şabalıd 6-7 manat təşkil edir. Meyvə qurularının da qiyməti bahalaşıb.

Alça qurusu 6 manat, ərik 6,5-6 manat, albuxara 7 manat, kişmişin qiyməti 5- 9,25 manat arasında dəyişir.

Əla növ düyünün qiyməti 2,11 manatdan başlayaraq 5 manata qədər gedib çıxır. 1 kq sümüksüz dana əti 11, sümüklü 8, qoyun əti 9, kənd çolpası 1 kq 4 manat təşkil edir. Yağların qiyməti isə dəyişməyib.

Marketlər və bazarlarda növündən asılı olaraq kərə yağının dəyəri 3 manatdan 7 manata qədər təşkil edir. Beləliklə, bütün bu rəqəmlərdən çıxış edərək adi hesablamalarla 4 nəfərlik ailənin təkcə bayram aşının hazırlanmasının 25 manata başa gəldiyin görərik.

Bura aşın bişirilməsi zamanı sərf olunan kommunal xərcləri də əlavə etsək qiymət 27 manata qədər yüksəlir. Hansı ki, bu da aşağı qiymət deyil.

Xüsusilə, yaşayış minimumunun 125 manat olduğunu nəzərə alsaq bazardakı qiymətlə əhalinin sosial vəziyyətinə uyğun gəlmir.

Salatlar üçün lazım olan əsas ərzaqlar da ucuz deyil. Kök 1,7 manat, çuğundur 1, kartof 1,45 manatdır. Paxlava, şəkərburaya gəlincə, evdə bişirilirsə 3 nəfərlik ailə üçün maksimum xərclər 80 manat təşkil edir.

Yox, bayram şirniyyatı dükanlardan alınırsa şəkərbura 1 ədəd 60-70 qəpik, paxlava 1 kq 12-14 manat, qoğal 1 ədəd 40 qəpik təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm