İş adamları 2 ayda Rusiyadan 32 milyard dollar çıxarıblar
Bizi izləyin

İqtisadi gündəm

İş adamları 2 ayda Rusiyadan 32 milyard dollar çıxarıblar

İş adamları 2 ayda Rusiyadan 32 milyard dollar çıxarıblar

Rusiya Mərkəz Bankının Ukrayna böhranından sonra başlayan narahatlıqları azalıb.

Publika.Az xarici mətbuata sitinadən xəbər verir ki, bBank ölkədən çıxan böyük pullara qarşı qadağa tətbiq etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Krım səbəbiylə yaşanan böhran Rusiyadan böyük sərmayə çıxışına səbəb olub.Düzdür, Rusiya Mərkəz Bankı tətbiq etdiyi pul siyasətinin sabitliyi təmin edəcək qədər güclü olduğunu bildirir.

Bank 10 faiz dəyər itirən milli pul vahidi rublunu dəstəkləyir.

Lakin Rusiyanın İqtisadiyyat Nazirliyi, yanvar və fevral aylarında ölkədən çıxan cəmi sərmayənin həcminin 35 milyard dollar olduğunu açıqlayıb.

Beləcə 2013-cü ildə Rusiyadan cəmi 62 milyard dollar sərmayə çıxışı reallaşıb. İlin ilk dörddəbirində bu rəqəmin 70 milyard dollar ola biləcəyi deyilir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm