Rusiyanı bu il 150 milyard dollar kapital tərk edə bilər - Xəbərdarlıq
Bizi izləyin

İqtisadi gündəm

Rusiyanı bu il 150 milyard dollar kapital tərk edə bilər - Xəbərdarlıq

Rusiyanı bu il 150 milyard dollar kapital tərk edə bilər - Xəbərdarlıq

Ukraynaya qarşı hərbi təcavüz və Krımın tutulması Rusiya iqtisadiyyatını güclü şəkildə vura bilər.

Publika.Az – ın verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Die Welt” qəzeti Ümundünya Bankının məruzəsinə istinadən yazıb.

Bankın Rusiya üzrə baş iqtisadçısı Bridjit Xanzlın sözlərinə görə, minimum halda bu il ərzində Rusiyadan kapital axını 85 milyard dollar təşkil edəcək. “Əgər Kreml bundan sonra da özünü təcavüzkar apararsa, bu göstərici 150 milyard dollara çata bilər”, - iqtisadçı söyləyib. Rusiyanın ümumi daxili məhsulunun isə 1,8 faizə qədər azalacağı bildirilir.

“Bundan başqa Rusiya rublu dəyərini itirməkdə davam edir. Bu da öz növbəsində inflyasiyanın 5,5 faizə qədər artmasına gətirib çıxaracaq. Bütün rusiyalılar iqtisadi dəyişiklikləri üzərində hiss edəcəklər”, - Ümundünya Bankının Rusiya üzrə baş iqtisadçısı deyib.

Məlumata görə, rublun dəyərinin saxlanılması üçün Rusiya Mərkəzi Bankı mart ayında 24 milyard dollar ayırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm