Rusiya sanksiyalara qarşı
Bizi izləyin

İqtisadi gündəm

Rusiya sanksiyalara qarşı

Rusiya, sanksiyalara qarşı tədbirlərə başlayıb

Rusiya, ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara qarşı tədbirlərə başlayıb.

Publika.Az xarici mətbuata istinadən xəbər verir ki, Amerika şirkətləri – “MasterCard” və “Visa” Rusiyanın Krımı zəbt etməsindən sonra sanksiya siyahısına alınan banklara xidmət etməyi dayandırıb.

Prezident Vladimir Putin isə öz milli ödəmə sistemlərini yaradaraq Qərb mərkəzli şirkətlərdən asılılıqlarını azaldacaqlarını söyləyib: “Bəzi şirkətlərin məhdudlaşdırma qərarları kədərli bir vəziyyətdir. Bu qərarın eyni şirkətlər üçün çox qazanclı bazarın itkisi ilə nəticələnəcəyini düşürəm.

Bu bizim qərarımız deyil. Mənfəətlərimizi qorumaq məcburiyyətindəyik və bunu edəcəyik". Xatırladaq ki,1991-ci ildən sonra qlobal sistemə daha çox inteqrasiya edən Rusiyada 30 milyon nəfər kredit kartı istifadəçisi var. Halbuki ölkə əhalisinin sayı 143 milyon nəfər təşkil edir, Ölkədə istifadə edilən bank kartlarının sayı isə 192 milyondur.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm