Ukraynada mavi qazın istehlakçı qiymətləri qalxdı
Bizi izləyin

İqtisadi gündəm

Ukraynada mavi qazın istehlakçı qiymətləri qalxdı

Ukraynada mavi qazın istehlakçı qiymətləri qalxdı

Ukraynanın Milli Enerji Tənzimləmə Komissiyası sənaye və istehlakçılar, hökumət təşkilatları, eləcə də müəssisələr üçün qazın qiymətlərini qaldırıb.

Publika.Az xəbər verir ki, aprelin 1-dən 1000 kubmetr qazın qiyməti 367 dollar təşkil edəcək. Qeyd edək ki, indiyə qədər tariflər müvafiq olaraq 284-224 dollar təşkil edirdi.

Zavodları üzrə artım 29,1 faiz, büdcə təşkilatları üzrə 64,2 faiz olub. Qiymət artımları Rusiyanın qiymətləri qaldırması ilə izah edilir. Belə ki, Rusiya apreldə qazın min kubmetrini 480 dollardan satmağı planlayır.

Onu da bildirək ki, may ayından “Naftoqaz” pərakəndə müştərilərə qazın satış qiymətini 50 faiz qaldırmağı planlaşdırır. Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm