Azərbaycanda benzinin qiymətinin qalxması xəbəri yayıldı - SON DƏQİQƏ
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda benzinin qiymətinin qalxması xəbəri yayıldı - SON DƏQİQƏ

Aİ-95 markalı benzin bu gündən 93 qəpiyə satılacaq.

Aİ-95 markalı benzin bu gündən 93 qəpiyə satılacaq.

Aprel ayının 2-dən ölkədə benzinin qiymətində dəyişiklik olacaq. Məlumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək.

Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq.

Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib. Aİ-98 benzinin satıldığı satış məntəqələrində qiymət dəyişikliyi bu gündən qüvvəyə minib. ("Deyerler.org")

Qeyd edək ki, sözügedən faktı dəqiqləşdirmək üçün Publika.az-ın əməkdaşları gecə saatlarında bir neçə yanacaqdoldurma məntəqələsində olublar. Lakin Aİ-95 benzinində qiymət artımı mü.ahidə edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm