Azərbaycanlı oliqarx “Starbucks”u Bakıya gətirir - ÖZƏL
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanlı oliqarx “Starbucks”u Bakıya gətirir - ÖZƏL

Azərbaycanlı oliqarx “Starbucks”u Bakıya gətirir - ÖZƏL

Bakıda ilk dəfə olaraq dünyaca məşhur brend olan “Starbucks”ın kafe-mağazası açılacaq. Açılış mərasimi yaxın vaxtlara planlaşdırılan “Starbucks”ın ünvanı Publika.Az-a bəlli olub. Əldə edilən məlumata görə, kafe-mağaza Neftçilər prospektində yerləşən “Port Baku Towers”in aşağı mərtəbələrindən birində fəaliyyət göstərəcək. Məşhur brendi Azərbaycana tanınmış iş adamı gətirir.

Qeyd edək ki, “Starbucks” şəbəkəsi öz mağazalarını yalnız dünyanın inkişaf etmiş ölkələrində - böyük şəhərlərdə açmağa razılıq verir.

“Starbucks” - 1971-ci ildə ABŞ-da yaradılan “fəstfud” şəbəkəsidir. Şəbəkənin mərkəzi Amerika Birləşmiş Ştatlarının Vaşinqton əyalətinin Sietl şəhərindədir. İlk “Starbucks” mağazası 1971-ci ildə müəllim Jerry Baldvin və Zev Siegel ilə yazıçı Gordon Bovker tərəfindən açılıb.1982 ci ildə iş adamı Hovard Schultz mağazanın sahiblərindən biri olub. Daha sonra o, “Starbucks”ın tək sahibinə çevrilib.

2003-cü ilin may ayında “Starbucks”ın dünyadakı bütün mağazalarının sayı 6400-ə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm