Neft bazarında nə baş verir?
Bizi izləyin

İqtisadi gündəm

Neft bazarında nə baş verir?

Dünya bazarında xam neftin qiyməti yüksəlib. Buna Kanadadakı yanğına förə neft hasilatını gündəlik 1 milyon barrel azalması və Səudiyyə Ərəbistanının neft nazirinin dəyişməsi səbəb olub.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, yanğın Kanadanın neft hasilatının 40 faiz düşməsinə səbəb olub. Səudiyyə Ərəbistanında isə Əl-Naiminin yerinə "Saudi Arabian Oil Co."nun prezidenti və eyni zamanda ölkənin neft qiymətləri üzərindəki bazar payı barədə prioritetinə dəstək verən, istehsalın dondurulmasına İranın da qatılmasında israr edən Şahzadə Mohammed bin Salmana yaxınılığı ilə tanınan Xalid Al-Falihin gətirilməsi bazarı silkələyib.

Xatırladaq ki, neft bu ilin əvvəllərində 2003-cü ildən bu yana ən aşağı səviyyəyə düşmüşdü. Amma bu günlərdə ABŞ-da istehsalın aşağı düşməsi ilə bağlı bir az dəyər qazandı. Ekspertlər bildirir ki, ABŞ-da hasilat düşür, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) istehsalı isə İran və İraqdakı artımların dəstəyi ilə gündəlik 33 milyon barel artıb: "Bazar Kanadadakı yangna təmkinli baxır və bu yanğının əsas istehsal bölgəsində olmasına görə qiymətləri bir az qaldırdı. Digər tərəfdən ABŞ-da istehsalda azalmalar görürük. Lakin neft bazarında ehtiyatların yüksək səviyyədə qalması qiymət artımlarının məhdud olmasını təmin edəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm