• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Soğanın, sarımsağın, duzun qiyməti bahalaşıb

Soğanın, sarımsağın, duzun qiyməti bahalaşıb

Bu ilin mart ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.

Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Ay ərzində qarabaşaq yarmasının, çörəyin, toyuq ətinin, yumurtanın, göyərtinin, çuğundurun, kökün, kartofun, şəkər tozunun qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, buğda ununun, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, balqabağın, soğanın, sarımsağın, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub. Əhaliyə göstərilən pullu xidmətlərdən ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tarifləri mart ayında ucuzlaşıb. MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR