Ölkədə hər nəfərə düşən aylıq gəlir 323,1 manatdır
Bizi izləyin

İqtisadi gündəm

Ölkədə hər nəfərə düşən aylıq gəlir 323,1 manatdır

Ölkədə hər nəfərə düşən aylıq gəlir 323,1 manatdır

Bu ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 9,1 milyard manata çatıb.

Publika.Az xəbər verir ki, gəlirlərin hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat və ya ayda 323,1 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 3,2 faiz olub.

Gəlirlərin 70,9 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,2 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 8,3 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 4,8 faiz artıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm