Rus məmurlarının qadınlarının fantastik gəlirləri - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Rus məmurlarının qadınlarının fantastik gəlirləri - FOTO

Rusiya məmurlarının həyat yoldaşları gəlirlərinin deklarasiyasını veriblər.

10 xanımın gəlirlərinin ümumi məbləği 669, 8 mln rubl və ya 18,7 milyon dollar təşkil edib. Bu da ötən ilki rəqəmdən 270 milyon dollar çoxdur. Siyahının demək olar ki, hər bir üzvünün gəlirləri ayrı-ayrılıqda artıb.

Publika.Az “Forbes” jurnalına istinadən bildirir ki, artıq üç ildir siyahıya Rusiyanın ən varlı məmurunun – Baş nazirin birinci müavini İqor Şuvalovun həyat yoldaşı Olqa rəhbərlik edir. Onun gəlirlərin 1 ildə 6,8 faiz artıb. Evdar qadın olan Olqa Şuvalovanın sərəncamında Rusiyada 2 mənzil, Avstiyada kirayə yaşayış binası, Böyük Britaniyada 10 illik kirayə edilən 483 kvadrat metrlik əraziyə malik bina var.Bundan əlavə, xanımın əmlakına “Jaquar”, Mercedes-Benz S 500, “Limuzin” ZİL-41047, VAZ-2101 kimi avtomobillər daxildir.

Diqqəti çəkən O. Şuvalovann gəlirlərinin deklarasiyası siyahısında ötən ilki deklarasiyadakı torpaq sahələrinin, yaşayış binasının, o cümlədən Mercedes-Benz S-klass (seriya V221) yer almamsıdır. Olqanın benefisiar şirkəti "Sevenkey и Severin Enterprise" Əlişir Usmanovun, həmçinin Süleyman Kərimovun “Qazprom” da payını alıb.

İkinci sırada ölkənin tikinti nazirinin həyat yoldaşı Yelena Nalimova dayanır. Onun gəlirləri 87 365 336 rubldır. Yelana təhsilinə görə hüquqşünasdır. Onun daşınmaz əmlakına Rusiyada 2 mənzil, İki torpaq sahəsi və 1105,7 kvadrat metr əraziyə malik bağ evi daxildir. Daşınar əmlak kimi isə Yelena Land Rover Range Rover- i göstərib.

Üçüncü sırada Rusiya prezidentinin daxili siyasət üzrə idarəsinin rəhbəri Oleq Morozovun həyat yoldaşı Zemfira Morozova gəlir. Onun illik gəliri 84 171 106 rubldır. Onun əmlak siyahısında 3400 kvadrat metrlik torpaq sahəsi,156,1 kvadrat metrlik mənzil, 2 ofis var. Yelenanın sərəncamına “Volkswagen Touareg” avtomobili daxildir.

Dördüncü sırada müdafiə nazirinin xanımı İrina Şoyqa dayanır. İrinanın deklarasiyasında adına nə maşın, nə ev göstərilib. Nazir arvadının illik gəliri 68 811 441 rubldır.

Beşdə prezidentin məsləhətçisi Sergey Qriqorovun xanımı Yelena dayanır. Yelenanın gəliri 44 113 148 rubldır. Qriqorova siyahının ən sirli məmur xanımıdır. Onun gəlirlərinin mənbəyi, biznesinin xarakteri bəlli deyil. Deklarasiyada o, daşınmaz əmlak kimi Rusiyada 197,4 kvadratmetrlik mənzil, daşınar əmlak kimi isə “Volvo V40 Cross Country” göstərilib.

Altıncı sırada Zümrüd Rüstəmova gəlir. Rusiya baş nazir müavininin həyat yoldaşı olan Zümrüd 41 840 530 rubl gəlirə malikdir. Onun sərəncamında Rusiyada iki torpaq sahəsi (7500 və 4800kv.m), xidməti mənzil və “Lexus RX 330”, “Lexus LX 570” avtomobilləri var.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm