Rusiyada iqtisadi artım düşdü, yoxsulluq artdı
Bizi izləyin

İqtisadi gündəm

Rusiyada iqtisadi artım düşdü, yoxsulluq artdı

Rusiyada iqtisadi artım düşdü, yoxsulluq artdı

Ukrayna ilə soyuq mübaribə Rusiya iqtisadiyyatına sərf etməyib. Ölkə iqtisadiyyatı üçün daha əvvəl nəzərdə tutulan 2.5 artım hədəfi 0 ilə 1 marjı aralığına çəkilib.

Publika.Az xarici mətbuata istinadən xəbər verir ki, qısa dövrdə ölkədən ciddi nağd çıxarışların yaşanmasına dair narahatçılıqlar var. İqtisadiyyat naziri Aleksey Ulyukayev iqtisadiyyatdakı geriləmədə daxili və xarici faktorların rolu olduğunu bildirib: "İqtisadi böyümənin zəifləməsi daxili faktorların yanında xarici faktorlar da var. Qlobal maliyyə bazarlarda yüksək səviyyədə naməlumluq davam edir, ciddi pul çıxışları var. Son iki aydır beynəlxalq mühitdəki vəziyyətdən ötəri sərmayəçilər də sərmayə qərarı almaqda çətinlik çəkirlər".

Yaranmış situasiya ölkədə kəskin yoxsullaşmaya da yol açıb. İcbari ödənişlər və istehlak qiymətləri indeksindəki düzəlişlər nəzərə alındıqda Rusiya əhalisinin sərəncamında qalan real pul gəlirləri 2014-cü ilin martında bir il əvvəlki uyğun göstəriciyə nisbətən 6,8% azalıb Rusiyanın federal dövlət statistika xidmətinin operativ məlumatına əsasən 2014-cü ilin I rübü üzrə isə azalma 2,4% təşkil edib. Aprelin 1-ə kimi olan vəziyyətə görə, bütün iqtisadi fəaliyyət növləri üzrə toplam maaş borcları 2 mlrd 569 mln rubl (328 milyon dollar) olub.

Bu arada Beynəlxalq Valyuta Fondu (BVF) 2014-ci il üçün 1.9 faiz olan böyümə hədəfini 1.3 faizə endirib. Moskva rəhbərliyi də 2.5 faiz artım proqnozunu 0.5 faizə qədər endirib.Ölkədə 2009-cu ildə yaşanan iqtisadi böhranın bənzərinin təkrarlanmasına dair narahatlıqlar var.İlin sonuna Rusiyadan sərmayə çıxışının 100 milyard dollar çatması belə gözlənilir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm