• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İpdən-sapa qızıla bürünmüş rus qadın milyonçuları

İpdən-sapa qızıla bürünmüş rus qadın milyonçuları

“Forbes” Dövlət Dumasının 10 üzvünün xanımlarının və bir millət vəkilnin ərinin deklarasiya edilmiş gəlirlərini açıqlayıb.

Ümumi gəlirlərin həcmi 42,6 milyon nəfər təşkil edib. Bu da ötən ilkindən 2 dəfə azdır. 2013-cü ildə bu rəqəm 98 milyard dollar idi. Siyahıdan məlum olur ki, ən çox gəlirə “Yedinaya Rossiya” fraksiyasının və “Spravedlivaya Rossiya” fraksiyalarının millət vəkillərinin xanımları malikdir.

Bu arada qazanclarının azalmasına baxmayaraq, deputatların arvadları Kreml və Ağ Evin nümayəndələrinin həyat yoldaşlarından varlıdırlar. Rəqəmlə ifadə etsək 42,6 milyon dollar 18,7 milyona qarşıdır. Publik.Az jurnala istinadən siyahının ilk beşliyini və bir xanım millət vəkilnin ərinin deklarasiya edilmiş gəlirlərini təqdim edir.

Siyahıda birinci sırada Alesandr Boqomazın həyat yoldaşı Olqa Boqomaz gəlir. Bu xanımın illik gəliri 12,7 milyon dollardır. O.Boqomoz çoxlu tarlalara, dəyirmanlara, donuzxanaya, fermalara, kartof sahələrinə, dülgərxana, hətta artezan quyusuna sahibdir. Onun təsərrüfatında 149 nəfər işləyir. Biznesinin idarə olunmasına iki oğlu kömək edir. Olqanın sərəncamında olan nəqliyyat vasitələrinin növü də diqqət çəkir. Bura traktorlar, kombayn, otbiçən, kran və bir neçə avtomobil daxildir. Şəxsi avtomobillərinə gəlincə, Porsche Cayenne, Toyota Land Cruiser daxildir.

İkinci yerdə 5,6 milyon dollarlıq gəlirlə İrina Petrova gəlir.O Sergey Petrovun həyat yoldaşıdır. S.Petrov və xanımı avtomobil diller şirkəti olan “Rolf”un sahibidirlər. Daşınmaz əmlak kimi İrinanın sərəncamında 145,5 kvadratmetrlik mənzil göstərilir. Nəqliyyat vasitəsi olmadığı bildirilir.Bu cütlüklə bağlı diqqəti çəkən məqam avtomobil dillerinin yaradıcısı olsalar da özlərinin avtomobillərinin olmamasıdır.

Üçüncü sırada İrina Çepa gəlir. İrina Aleksey Çepa ilə evlidir. Onun illik gəliri 3,6 milyon dollar təşkil edir. Daşınmaz əmlak kimi İrinanın bəyannaməsində 10 maşın yeri, Rusiya Federasiyasında 3 mənzil (35,8 kv.m, 80,92 kv.m, 410 kv.m), ev və bir neçə qeyri-yaşayış yeri göstərilib.Bundan əlavə onun 5 torpaq ərazisi var. İrinanın avtomobiliPorsche Cayenne S-dir. Ümumilikdə ailənin 3 avtomobili var.Aleksey Çepenə Chevrolet-Express G1500 və Mercedes-Benz S 500 4Matic xidmət edir. Onu da bildirək ki, İ.Çepaya “Çarskiy dvor” MMC-nin səhmlərinin 75 faizi məxsusdur. MMC daşınmaz əmlakla məşğul olur.

Dördüncü Lyudmila Vorobyevadır.Millət vəkili Yuriy Vorobyevlə evil olan bu xanım ilə 2,88 milyon dollar qazanır.

Onun sərəncamında 9,468 kv.metrlik fərdi yaşayış sahəsinin tikintisi üçün ərazi, fərdi ev (976,8 kv.m), mənzil (76,8 kv.m), qaraj (541,9 kv.m), Mercedes C300 avtomobili var. Lyudmila Moskvanın qubernatoru Anrey Vorobyevin və “Ruskoe more”nin sahibi Maksim Vorobyevin anasıdır. Ona bu şirkətin səhmlərinin 8,8 faizi məxsudur. Siyahının yeganə kişi nümayəndəsi isə Alfiya Koqoqinanın həyat yoldaşı Sergey Koqoqinadır. Onun adı 10-cu yerdə qərarlaşıb. Daşınmaz əmlak kimi Sergeyin adına fərdi yaşayış evi,avtomobil kimi MW M6 və Land Rover Defender, qidroçikl “Yamaha”var. Sergey 2002-ci ildən “KamAZ” MMC-nin direktorudur.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR