Neft 20 dollara düşə bilər
Bizi izləyin

İqtisadi gündəm

Neft 20 dollara düşə bilər

Neft hasil edən ölkələrin sabah Əlcəzairdə keçiriləcək sammitində hasilatın azaldılması və yaxud dondurulması ilə bağlı qərar qəbul etməsi dünya bazarında neftin hər barelinin qiymətini 20 dollardan da aşağı düşürə bilər.

Publika.az xəbər verir ki, bu barədə Venesualanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino "Russia Today" televiziyasına müsahibəsində bildirib: “Biz hazırda neftin ucuzlaşmasının qarşısını almaq üçün Səudiyyə Ərəbistanı və İranla davamlı təmaslardayıq. Sabaha qədər müsbət qərar qəbul edə bilməsək, hasilatçı ölkələrin arasındakı mövcud qiymət müharibəsi bazarda qiymətin 20 dollar/bareldən aşağı düşməsinə səbəb olacaq".

Xatırladaq ki, sentyabrın 26-da Nigeriyanın neft naziri Emmanuel Kaçikvu OPEC üzvü ölkələrin görüşünün sentyabrın 28-də baş tutacağını bildirib. Görüşdə neft hasilatının dondurulması məsələsi müzakirə olunacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm