İrandan gözlənilməz addım
Bizi izləyin

İqtisadi gündəm

İrandan gözlənilməz addım

İran neft hasilatını dondurmayacaq.

Publika.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Əlcəzairdə OPEC-ə üzv dövlətlərin qeyri-rəsmi görüşünün yekunlarını şərh edən İranın neft naziri Bican Namdar Zənqane bildirib.

Yekun təklifin təşkilatın noyabrda keçiriləcək toplantısında səsləndiriləcəyini deyən Zənqane qeyd edib ki, ölkəsi neft hasilatını dondurmayacaq.

OPEC-in prezidenti Məhəmməd Saleh əs-Sədanın sözlərinə görə, kartelə üzv ölkələrin hər biri üçün fərdi istehsal səviyyəsini təşkilatın nəzdində yaradılacaq xüsusi komissiya müəyyən edəcək.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə bildirib ki, İran, Liviya və Nigeriyaya maksimal səviyyədə neft hasil etməyə icazə veriləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm