FED ilin sonuna kimi faizi artıracaq, dollar...
Bizi izləyin

İqtisadi gündəm

FED ilin sonuna kimi faizi artıracaq, dollar...

ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Jannet Yellen sentyabrın 28-də ABŞ-ın Təmsilçilər Palatası Maliyyə xidmətləri Komitəsinin iclasında uçot dərəcəsini ilin sonunda artırmaq üçün ölkə iqtisadiyyatının hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, J.Yellen çıxışında monetar siyasətə toxunub. Deyib ki, əmək bazarı 2016-cı ildə orta hesabla aylıq 180 min yeni iş yeri yaradıb. O, bu sürətin uzun müddət davam edə bilməyəcəyini, iqtisadiyyatın lazım olandan çox inkişaf etdiyini vurğulayıb və bunun qarşısını almaq üçün ilin sonunda uçot dərəcəsinin artırılması zərurətini qeyd edib. Digər FED üzvlərinin də faizləri artırmaq fikrini müdafiə etdiyini xatırladan sədri deyib ki, ölkə iqtisadiyyatı ilin sonunda faizlərin artırılmasına hazırdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm