ÜDM-in dörd illik artımı açıqlandı
Bizi izləyin

İqtisadi gündəm

ÜDM-in dörd illik artımı açıqlandı

2020-ci ildə Azərbaycan iqtisadiyyatının həcminin 70 milyard 539 milyon manata çatacağı proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bildirilir.

Yeni proqnoza görə, 2017-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1,0 faiz olmaqla 61,4 mlrd. manat təşkil edəcək. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır.

2017-ci ildə qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5 faiz artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,8 faiz həcmində nəzərdə tutulur. 2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4,0 mlrd. manatı və ya 6,4 faizi kənd, meş əvə balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2 faizi sənayenin, 6,1 mlrd. manatı və ya 9,9 faizi tikintinin, 24,3 mlrd. manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcəkdir.

2017

2018

2019

2020

ÜDM, mln. manatla

61419,6

63769,7

67673,9

70539,0

real artım sürəti, faizlə

1,0

1,5

2,8

2,4

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm