• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"AVRO" standartlara keçid sürətləndirilir

"AVRO" standartlara keçid sürətləndirilir

Ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində “Avro-3”, “Avro-4” və “Avro-5” standartlarına keçidin sürətləndirilməsi çərçivəsində ARDNŞ-nin emal müəssisələrində mühüm işlər görülür.

Publika.Az xəbər verir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuş layihələrin icrası sürətləndirilib və bir neçə layihənin icrasına start verilib.

İtaliyanın Foster Wheller şirkəti tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq 21 nömrəli ED-AVQ-6 qurğusunun məhsuldarlığının ildə 7,5 milyon tona çatdırılması, emissiyaların maksimum azaldılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi istiqamətində layihənin növbəti mərhələsinə başlanılıb.

Bundan başqa, ABŞ-ın UOP şirkəti tərəfindən zavodun 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 3 milyon tona çatdırılması üçün layihələndirmə işlərinə başlanılmışdır. Eyni zamanda, ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və yüngül benzin faraksiyaların kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP şirkətinin texnologiyası əsasında “Meroks” qurğularının tikintisi də layihələndirilir. Hazırda EDL/Porner şirkəti tərəfindən “Azərneftyağ” neft emalı zavodunundan ED-AVQ-2 və bitum qurğularının H.Əliyev adına BNEZ-ə köçürülməsinin texniki iqtisadi əsaslandırılması aparılır.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR