“Neft sənayesinin böyük tənəzzülünün son mərhələsindəyik”
Bizi izləyin

İqtisadi gündəm

“Neft sənayesinin böyük tənəzzülünün son mərhələsindəyik”

Hazırda bazar müvazinətini aydın surətdə bərpa edir.

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Faleh “Oil&Money” konfransında çıxışında bildirib ki, neft bazarında böyük tənəzzül başa çatmaq üzrədir.

Publika.az xəbər verir ki, Əl-Faleh OPEC-in üzvü olmayan bir çox ölkələrin neft hasilatını nəinki dondurmaq, həm də azaltmaq barədə razılığa gəldiklərini deyib. Amma o, söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb. Nazir onu da bildirib ki, “kartelin üzvləri kollektiv hərəkət etsə”, OPEC neft bazarına uzun müddət sabitləşdirici təsir göstərə bilər.

Nazirin fikrincə, dünya neft bazarında böyük tənəzzül başa çatmaq üzrədir, Çin tərəfindən tələbat isə azalmır: “Biz neft sənayesinin böyük tənəzzülünün son mərhələsindəyik”. O, vurğulayıb ki, hazırda bazar müvazinətini aydın surətdə bərpa edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm