Dörd sotla şəhəri yedizdirir – - VİDEO/FOTO
Bizi izləyin

İqtisadi gündəm

Dörd sotla şəhəri yedizdirir – - VİDEO/FOTO

Publika.az xarici mediaya istinadən xəbər verir ki, cəmi 4 yüz kvadrat metr sahəsi olan fermada ata və onun üç uşağı işləyir.

“Urban Homestead” ABŞ-ın Kaliforniya ştatının Pasadina adlı kiçik şəhərciyində kiçik orqanik fermadır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, cəmi 4 yüz kvadrat metr sahəsi olan fermada ata və onun üç uşağı işləyir.

İldə 3 ton tərəvəz toplayan ailə həm özlərini təmin edir, həm də şəhərin bütün restoranlarını yedizdirir. Ailənin yetişdirdiyi məhsulun 90 faizi vegeterianların pəhrizini təşkil edir. Burada tərəvəzlər, meyvələr və yeməli güllərin 400-ə qədər növü yetişdirilir.

Onların həyətində həmçinin 8 toyuq, 4 ördək və 2 keçi var. Heyvanlar ailəni yumurta və südlə təmin edir. Şəhərin ən yaxın restoranlarının bütün aşpazları təzə göyərti və tərəvəzləri almaq üçün bura gəlirlər.

“Biz bu işə başlayanda, bütün tanışlar bizi dəli hesab edirdilər. Əvvəl narahat idik ki, özümüzü yedirə biləkmi, hansısa bir satış haqqında düşünmürdük”, - ailənin başçısı Jyul bildirib.

Onu ən çox düşündürən isə ailə üçün keyfiyyətli qidalanmanın olmaması idi. Ata uşaqları üçün konservantlarsız və geni dəyişdirilməyən orqanik məhsulları yetişdirmək istəyirdi. Və bu, tək yol idi.

Jyul öz təsərrüfatını elektrik enerjisi ilə təmin etmək üçün evinin damında günəş batareyaları qoyub. Panellər elektrik enerjisi üçün ödəmələri 12 dollara qədər azaltmağa imkan verib. Onların avtomobili biodizel yanacağı ilə işləyir.

Ailə öz məhsulunun satışı məsələsini sosial şəbəkələr və “Good Eggs” kimi orqanik məhsulların çatdırılması xidmətlərinin köməyi ilə tamamilə həll edib. Jyul suya qənaət etmək üçün gil dibçəklərinin köməyi ilə suvarmanın köhnə metodlarından istifadə edir.

“Urban Homestead” 1985-ci ildə işə başlayıb və tezliklə diqqət cəlb edə bilib. Bir çox xarici onların modelindən istifadə etməyə çalışır. Belə ki, Jyul ailəsi tez-tez fermanın iş prinsipi üzrə seminarlar keçirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm